//Ölümlü dünyadan qurtulmaq

Ölümlü dünyadan qurtulmaq

 

Bir anlıq təsəvvür edin ki, siz Koreyada yaşayan, 20 yaşında koreyalısınız. Sizcə həyatınızın belə gözəl, çiçəkləyən çağında siz nədən ölə bilərsiniz? Xəstəlikdən, avtomobil qəzasından, cinayətkar hücümündan, yoxsa fəlakətdən? Əgər siz yuxarıda yazılanlardan birini düşünürsünüzsə yanılırsınız. Çunki, bütün cavablar yanlışdır. Çox güman ki, intihar edərdiniz. Cənubi Koreyada intihar ən başlıca ölüm səbəblərindən biridir. Təəssüflər olsun ki, bu addım məhz cavanlar tərəfindən atılır. Həyatlarının ən parlaq, çiçəkləyən çağlarında intihar edirlər. Koreyalılar digər asiya və avropa ölkələri içərisində öz həyatından asanlıqla imtina edə bilən insanlardırlar. İntihar hal-hazırda cəmiyyətə ən qalmaqallı və ciddi problemlərindən biri hesab olunur. Səhər təravətli ölkə intihar nəticələrinə görə dünya ölkələri içərisində öndə gedir. Dünyanın inkişaf etmiş ölkəsində bu kimi hal ilə qarşılaşmaq  həqiqətən üzücüdür. Milli Təhlükəsizlik statistikasının verdiyi məlumata əsasən hər iki saatdan bir üç koreyalı öz həyatı ilə hesab kitab aparır. Xərçəngdən (27.6%), ürək, qan-damar xəstəliklərindən (8.8%) ölənlərin sayı  intihardan ölənlərin sayından azdır. İntiharın orta yaşı 20-40 yaşları əhatə edir. Müasir dövrdə də könüllü şəkildə intihar edənlərin sayı artmaqda davam edir. Koreyada yaşayan əcnəbilərin fikrincə bunun səbəbi koreyalıların digər millətlərdən fərqli olaraq qeyri adi insanlar olmasıdır. Koreyada məşhurlardan da intihar edənlər az deyil.

2004-2007-ci illər ərzində ən azı 4 məşhur intihar etmişdir. Bunun səbəbi depressiya, həyatdan məyus olmaq və kütləvi borclanmaq kimi insanı yaşamaqdan soyudan amillərdən başqa bəzi məşhurların pis rəylərdən, insanların pis fikirlərindən, ələ salınmaqlardan bezara gəlməsi səbəb olmuşdur. Bu mövzu saatlarla yazmaqla bitməz. Bu problemi aradan qaldırmaq üçün psixoloqların, linqvistlərin və digər peşəkarların köməyi və dəstəyinə ehtiyyac var. Koreya əhalisi ilə yaxından tanış olan, milləti araşdıran peşəkarların fikrincə intihar adlı xəstəliyin əsas səbəbi koreyalıların bir millət olaraq hamılıqla həssas qəlbli olmaları, tez  ruh düşkünlüyünə qapılmaqlarıdır. Vicdanı ilə hesablaşa bilməyən bəzi koreyalılar çıxış yolunu özlərinə ölüm hökmü kəsməkdə görür. Bundan başqa təhsil sistemindəki qəddarlıq, etik qayda qanunlara həddindən artıq ciddi önəm verilməsi və bu kimi digər  səbəblər də bu xəstəliyin daha da şiddətlənməsinə səbəb olur. Koreyalılar digər millətlərə nisbətən mülayim insanlardırlar, onlar münaqişəyə meyilli deyillər. Bəlkə də sərt və aqressiv olmadıqları, əsəblərini ancaq öz içlərinə ataraq yaşadıqları üçün belə olur. Koreyada yaşayan əcnəbilərin fikrincə koreyalı olmaq çox çətindir. Ciddi qayda-qanunlar, adət-ənənələr və s. bütün bunlar möhkəm psixologiya tələb edir. Daim, harda olmasından aslı olmayaraq öz yerini bilmək, unutmamaq insanı psixoliji cəhətdən sıxır. Dünyanın cənnət hesab edildiyi ölkələrdən olan Koreyada belə ciddi, məsuliyyətli psixoloji öhdəliklərin öhdəsindən gəlmək asan iş deyil. Hansı ki, yazılmamış qanunlar kimi hər bir koreyalı bu qaydaları icra etməli və öhdəsindən gəlməlidir. Dayanmadan hər hansı müsabiqənin içərisində yaşamaq, fasiləsiz işləmək, özünü daim inkişaf etdirmək mübarizəsi həqiqətən çox çətindir. Bütün bunlara baxmayaraq Koreyadan, koreyalılardan öyrəniləsi və bizə örnək olası bir çox xüsusiyyətlər var. İntiharlar bahasına başa gələn bu uğur çox kədərlidir.