//Ok Tec Yon (Ok Taec Yeon) hərbi xidmətini tamamladı

Ok Tec Yon (Ok Taec Yeon) hərbi xidmətini tamamladı

 

May ayının 16-da 2PM qrupunun baş reperi, müğənni, aktyor Ok Tec Yon (Ok Taec Yeon) hərbi xidmətini tamamladı. O, hərbi xidmətini çavuş və ehtiyyatda olan əsgər kimi yekunlaşdırdı. Ok Tec Yonun (Ok Taec Yeon) təxris olunması ilə bağlı təşkil olunan tədbirdə o, pərəstişkarlarını salamlayaraq belə deyib: “Bu müddət ərzinəd yaxşı yata bilmirdim. Daha çox narahatçılıq, həyacan keçirdirdim. Hal-hazırda ömrümdə birinci dəfədir ki, kameralar qarşısında bu qədər uzun zaman dayanıram. Necə görsəndiyimdən özüm də bixəbərəm. Bu gün səhər, truba musiqi alətinin səsinə yuxudan ayıldım. Hələ də hərbi xidməti tamamladığıma inana bilmirəm. Yəqin ki, sabah səhər zəngli saatın səsinə oyananda buna inanaram”.

Daha sonra o, orada olan hamıya təşəkkür edərək belə deyib: “Əvvəla məni gözləyən bütün pərəstişkarlarıma təşəkkür edirəm. Mən düşünmürdüm ki, bu gün bura bu qədər adam gələr. Söz verirəm tez bir zamanda yaxşı xəbərlərlə geri dönüş edəcəyimə“. Jurnalistlərin daha çox nə etmək istərdiniz sualına o, belə caba verib: “Mən 2PM qrupunun üzvlərini görmək istəyirəm. Onlardan ikisi hal-hazırda hərbi xidmətdədir. Onalar üçün çox darıxmışam. Düşünürəm ki, bizim sevimli, sevilən qrupumuz növbəti dəfə yenidən birləşib sizlərə möhtəşəm bir şeylər təqdim edəcək. TWICE qrupunun qızları üçün çox darıxmışam. Onlar bu qədər məşğul olmaqlarına baxmayaraq mənə öz videolarını göndərdikləri üçün onlara minnətdaram”.

Qeyd edək ki, Ok Tec Yonu (Ok Taec Yeon) salamalamaq tədbirində, 2PM qrupundan Hvanq Çan Sonq (Hwang Chan-sung) da iştirak edib. Onlar bir-birini bərk qucaqlayaraq salamlayıblar. Onaların mehribanlığı gözlərdən qaçmıyıb.

Qeyd edək ki, Ok Tec Yon (Ok Taec Yeon) 2017-ci ilin sentyab ayının 4-dü tarixindən, may ayının 16-na kimi hərbi xidmətdə olub. O, artıq yeni layihələrə təklif alıb. 2018-ci ilin iyul ayında JYP Entertainment agentliyi ilə müqaviləsini xitam verərək  51K agentliyi ilə yeni müqavilə imzalayıb. Öz karyerasını həm müğənni həm də aktyor kimi davam etdirməyi düşünür.

Bu münasibət ilə Ok Tec Yon (Ok Taec Yeon) pərəstişkarlarını təbrik edirik.