//NU’EST ilk dəfə olaraq musiqi şousunda qalib olur

NU’EST ilk dəfə olaraq musiqi şousunda qalib olur

Mayın 8-i MBC Every1 kanalında yayımlanan ‘Show Champion‘ verilişində NU’EST, Super Junior D&EN.FlyingTWICEBTS top 5-ə daxil olmuşdu. The Pledis Entertainment-in oğlan qrupunun yeni mahnısı olan “BET BET” həftənin ‘Çempion mahnısı‘ mükafatına layiq görüldü.

Minhyon (Minhyun) Wanna One üzvü olaraq musiqi şoularında qalib olub, JRBaekhoRen Aron isə NU’EST W birləşməsi kimi qalib olub. Lakin, bu 8 ildə birinci dəfədir ki, onlar musiqi şousunda bütöv qrup kimi qalib olurlar.

Üzvlər mükafatlandırma mərasimində bu məqamı vurğuladılar və pərəstişkarlara və heyət üzvlərinə səmimi minnətdarlıqlarını bildirdilər. Minhyon dedi: “Pərəstişkarlar, uzun müddət NU’EST ilə olduğunuz üçün sizə minnətdaram. Bu çox təsirlidir. Biz daha da səylə çalışacağıq.”

Bu, həmçinin NU’EST-in “BET BET” ilə ilk qalibiyyətidir. Təbriklər!

TAGS: