//NU`EST, 3 il keçdikdən sonra tam qrup olaraq ilk mahnısını 7-ci ildönümündə nümayiş etdirəcək!

NU`EST, 3 il keçdikdən sonra tam qrup olaraq ilk mahnısını 7-ci ildönümündə nümayiş etdirəcək!

NU`EST, yaxınlaşmaqda olan tam qrup olaraq nümayiş olunacaqları ilk mahnısı üçün məlumat paylaşdı.

10 martda qrup, mahnı adı olduğu söylənilən “Fill Me Up Instead” yazısı ilə nümayiş tarixini paylaşdı. Mahnı NU`EST-in 7-ci il dönümü olan 15 martda nümayiş olunacaq.

NU`EST tam olaraq ən son 2016-cı ildə beşinci mini albomları olan ” CANVAS” və başlıq mahnısı “Love Paint” ilə geri dönüş etmişdir. Qrup həm rəqəmsal mahnıları üçün, həm də apreldə baş tutacaq “Segno in Seoul” konserti üçün hazırlanır. Davamında isə ilk geri dönüşlərini etmələri gözlənilir.

NU`EST-in yeni mahnısı üçün həyəcanlısınız?