//“Nokdu Flower” serialının yeni afişaları və yeni bir fraqmenti yayımlandı

“Nokdu Flower” serialının yeni afişaları və yeni bir fraqmenti yayımlandı

Baş rolunu Co Conq Sok, Han Ye Ri və Yun Si Yunun bölüşdüyü “Nokdu Flower” serialının üç yeni afişa və dördüncü fraqmenti yayımlandı.

Serial, 1894-1895 tarixləri arasında reallaşan “Donqhak Kəndli İnqilabı”ndan danışır. Bu üsyan zamanı anaları ayrı, ataları bir olan iki kişi qardaş qarşı tərəflərdə vuruşur.

Serialın rejissor qoltuğuna “Oh, The Mysterious”, “Six Flying Dragons” və “Three Days” seriallarını idarə edən Şin Kyonq Su oturur. Serialın ssenaristliyini “Jeong Dollar Jeon” və “Assembly” seriallarını qələmə alan Conq Hyonun edir.

Serialın ilk bölümü 26 apreldə yayımlanması planlaşdırılır

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan