//“Nokdu Flower” serialının xarakter afişalari yayımlandı

“Nokdu Flower” serialının xarakter afişalari yayımlandı

Baş rolunu Co Conq Sok, Han Ye Ri və Yun Si Yunun bölüşdüyü “Nokdu Flower” serialının afişaları yayımlandı.

Serial, 1894-1895 tarixləri arasında reallaşan “Donqhak Kəndli İnqilabı”ndan danışır. Bu üsyan zamanı anaları ayrı, ataları bir olan iki qardaş qarşı tərəflərdə yer alır.

Yun Si Yun serialda Bek Yi Kanqın ögey qardaşı olan Bek Yi Hyon obrazını canlandırır. Yi Kanq ilə ataları eyni, amma anaları fərqlidir. Yi-Kanqdan sonra dünyaya gəlməsinə baxmayaraq qanuni xanımdan dünyaya gəldiyi üçün evin ilk haqlı oğuldur. Zərif görünüşə, danışıq tərzinə və şəxsiyyətə malikdir. Olduqca zəkalı biridir və hər kəsin əksinə, o, böyük qardaşına qarşı hörmətlə davranır.

Serialın rejissor kreslosunda “Eh, The Mysterious”, “Six Flying Dragons” və “Three Days” seriallarını idarə edən Şin Kyonq Su oturur. Serialın ssenaristliyini “Jeong Dollar Jeon” və “Assembly” seriallarını qələmə alan Cunq Hyonun edir.

Serial 26 apreldə yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan