//“Nokdu Flower” serialının uzun fraqmenti yayımlandı

“Nokdu Flower” serialının uzun fraqmenti yayımlandı

Baş rolunu Co Conq Sok (Jo Jung-Suk), Han Ye Ri (Han Ye-Ri) və Yun Si Yunun (Yoon Si-Yoon) bölüşdüyü “Nokdu Flower” serialının 3 dəqiqə 4 saniyəlik uzun fraqmenti yayımlandı.

Serial, 1894-1895 tarixləri arasında reallaşan Donqhak Kəndli İnqilabından bəhs edir. Bu üsyan zamanı anaları ayrı, ataları bir olan iki kişi qardaş qarşı tərəflərdə olur.

Serialın rejissor qoltuğuna “Oh, The Mysterious”, “Six Flying Dragons” və “Three Days” seriallarını idarə edən Şin Kyonq Su oturur. Serialın ssenaristliyini “Jeong Dollar Jeon” və “Assembly” seriallarını qələmə alan Conq Hyonun edir.

Serialının ilk bölümü aprelin 26-da nümayiş olunacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan