//Noh Min Vunun, dörd ildən sonra ilk dəfə yeni bir serialda rol oynayacağı bildirildi

Noh Min Vunun, dörd ildən sonra ilk dəfə yeni bir serialda rol oynayacağı bildirildi

Noh Min Vu, yenidən ekranlara qayıdır.

News1-ın, 26 mart tarixli xüsusi hesabatına görə Noh Min Vu, ‘Partners for Justice 2’ adlı MBC serialında rol oynayacaq.

“Partners for Justice 2”, ötən ilin may-iyul aylarında yayımlanan “Partners for Justice” adlı serialın ikinci sezonudur. Yeni sezonda Noh Min Vu, həkim Canq Çul rolunu canlandıracaq. Bu aktyorun, 2015-ci ildə “My Unfortunate Boyfriend” serialından 4 il sonrakı ilk draması olacaq.

Eyni zamanda, ‘Partners 2 for Justice 2’ serialının iyun ayında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan