Acemaker Movieworks noyabr ayının 7-də “New Year’s Eve” filminin baş rol qəhrəmanlarının seçim siyahısını ictimaiyyətə təqdim etdi. Romatik, komediya janrında çəkilməsi planlaşdırılan filmin süjet xətti ailə daxili narahatlığı, münaqişəni yeni il öncəsi həll etməyə çalışan 4 cütlükdən bəhs edir. Filmin rejissoru Honq Ci Yonqdur (Hong Ji Young). Kim Kanq Vu (Kim Kang Woo) filmdə kobud amma yumşaq qəlbli detektiv rolunu,Yu İn Na (Yoo In Na) biganə insan kimi görsənən idman məşqçisi,Yu Yon Sok (Yoo Yeon Seok) və İ Yon İ (Lee Yeon Hee) Argentinada rastlaşan cütlük rolunu canlandıracaqlar. Bununla yanaşı filmdə sevilən aktyor İ Donq Hvi (Lee Dong Hwi), Çem Du Linq (Chen Du Ling), Um Hye Ran (Um Hye Ran), Çoi Su Yunq (Choi Soo young), Yu Te Oh (Yoo Tae Oh) və başqları rol oynayacaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020