Netizenlər YG Entertainment fandomlarının digər böyük şirkətlərin fandomları ilə müqayisədə böyüməməyinin arxasındakı səbəbləri müzakirə edirlər.
Rəylərin bəziləri belədir:
”Bütün YG Entertainment fandomları gözlədikləri geri dönüş üçün yalvarır. İndilərdə heç kəs YG qruplarının fandomuna qatılmaq istəmir.”
“YG Entertainment qruplarının gec-gec comeback etməsi kədərləndiricidir. Fandomların böyüməsi üçün şirkətin sənətçilərini dəstəkləməsi lazımdır.”
“Fandomları belə bölünmüş formadadır və səbəbi şirkətdəki hər qrupdan bir üzvün daha çox tanınmasıdır. Bir geri dönüş üçün gözləmək məcburiyyətində qalan və bu arada YG entertainment tərəfindən daha pis rəftar görən fandoma qatılmaq istəyən var ki?”
”Daha çox fasilə və şirkətdən verilən çoxlu boş sözlər. Bütün bunların fərqində olan Yanq Hyonsok. Buna görə də son YG-Lifeda bu mövzu haqqında pıçıldayan bir dost kimi danışırdı. Böyük bir şirkətin CEOsu olduğunu və necə davranmalı olduğunu unudub.”
“Onların əsil hədəfi xalq deyil, ümumi xalqdır. YG Ent. sənətçilərinin fandomu ilə maraqlanmır. Bütün sənədlərə və pərəstişkarların istədiklərinə baxın. Hamısını göz ardı ediblər.”
“Şirkət sənətçilərini dəstəkləmir. CL, Dara, İ Hi və AKMU İ Su Hyon(Lee Su Hyun). İ Çan Hyok(Lee Chanhyuk)əsgərliyə getmədən öncə bacısı üçün öz bəstələdiyi mahnıları verib. Bəs indi hardadır? Kiminsə ONEdan xəbəri var? YG Ent. bir qara dəlikdir.”
“Ümumilikdə bütün şirkətlər qruplarını JYP kimi təqdimata zorlayar. Ancaq YG Entertainment bir qrupdan sadəcə bir üzvü buna məcbur edər. İndi sadəcə WİNNER, BLACKPİNK və İKON var. Yaxın gələcəkdə şirkətdən kimin çıxacağını və qruplar dağılacaqsa belə, kimlərin qalacağını indidən demək olar.”
“Hamımız YGnin qrup üzvləri üçün məlum bir görüntü verdiyini bilirik. Birini sadə və sıxıcı göstərir. Beləliklə hər hansı problem olduqda insanlar şirkətə yox, itələməkdə olduğu qrup üzvünə diqqət yetirəcək. İnsanların bütün qrupla maraqlanmasını istəyirlərsə bu ağıllı bir hərəkət deyil.”
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021