//Netizenlər Conq Cun Yonqun radio-efirdə Suconu (Lovelyz) icazəsiz çəkdiyi köhnə videodan qəzəbləniblər

Netizenlər Conq Cun Yonqun radio-efirdə Suconu (Lovelyz) icazəsiz çəkdiyi köhnə videodan qəzəbləniblər

Conq Cun Yonqun seksual partnyorlarını dəfələrlə gizli kamera ilə videoya çəkdiyi haqqında qalmaqalın qızğın vaxtında Cun Yonqun radio-efir zamanı Sucondan (Lovelyz) icazəsiz onun şəklini çəkdiyi köhnə videosu pərəstişkarların diqqətini çəkdi.

2015-ci ilin aprelində həmin vaxt 17 yaşı olan Sucon Conq Cun Yonqun radio verlişi «Sim Sim Ta Pa»nın qonağı oldu. Cun Yonq studiyada yerini dəyişib Suconun yanında oturanda o, mahnı oxuyurdu.

Sonra o, telefonunu götürüb Suconun şəklini çəkməyə başladı (ya da videosunu çəkməyə). Bunu görən Sucon əli ilə üzünü örtdü.

Qızın narazılığına fikir verməyən Cun Yonq onu çəkməyə davam etdi, buna görə də Sucon yenidən kameradan gizləndi.

Conq Cun Yonq radio-efiri çəkən kameranın obyektinə düşdüyünü hiss edən kimi geri çəkildi, lakin onun telefonu hələ də Sucona doğru istiqamətlənmişdi.

Bu video 4 il əvvəl çəkilmişdi, amma Conq Cun Yonqun qalmaqalı ilə bağlı olaraq hələ indi netizenlərin diqqətini çəkir. Netizenlər ona görə qəzəblidirlər ki, qız ona xoş olmadığını aydın şəkildə bildirsə də Cun Yonq onu çəkməyə davam edirdi. «Videoda Sucon üzünü örtərək onu çəkməsini dayandırması üçün xaiş etdiyi aydın görünür. Bu məni çox əsəbiləşdirdi. O, buna qarşı ola-ola niyə onu çəkməyə davam edirsən?», «Əgər bunu başqa biri etsəydi düşünə bilərdiniz ki, böyük həmkar kiçik müğənniyə sadəcə valeh olub, lakin bu vəziyyət Conq Cun Yonqa görə iyrənc görünür. Əvvəl o, Suconun yanında oturmamışdı belə, amma qəflətən onun yanında oturaraq alçaq gülüşüylə onu çəkməyə başladı. Bir ona baxın, kameranın nəzər nöqtəsində olduğunu anlayan kimi necə aradan çıxdı», «Gic köpəyoğlu. Onun üz ifadəsinə baxın», «Bu səfehin əlinə telefon vermək olmaz», «Madam ki, bu Conq Cun Yonqdur, mən 100% əminəm ki, o, bunu öz çatına qoyub və yazıb «Bu qız necədir sizinçün?» Axmağın biri axmaq, sən cəzanı almalısan!», «Con Cun Yonqun qalmaqalı yayımlanandan sonra… yəqin yazıq Sucon pis hiss edir».

Aşağıda bu anın tam videosu verilib (Conq Cun Yonq 2:58-ci dəqiqədə peyda olur):