//NCT üzvləri həmişə Amerikaya gələndə rasist hücumlarına məruz qalırlar

NCT üzvləri həmişə Amerikaya gələndə rasist hücumlarına məruz qalırlar

Theqoo

1. Cison keçən il Los-Angelesdə irqi ayrı-seçkiliyə məruz qalmışdır. Kafe boş idi, amma onlar onun sifarişini qəbul etmədilər. О, aydın tələffüzlə soyuq kofe sifariş verdi, amma onlar bunun yerinə ona isti kofe gətirdilər.

2. Aparıcı əslən kanadalı olan Marka ingilis dili biliyinin yaxşı olduğunu dedi.

3. Bir kişi oğlanlara orta barmağını göstərdi. Bu beynəlxalq pərəstişkarlar arasında qəzəb yaratdı.

4. Küçədə bütün insanlar daima onlardan BTS üzvləri olub olmadıqlarını soruşurdular, buna görə də Mark belə cavab verdi: ‘Bağışlayın, amma biz BTS deyilik’. Mən BTS-ə qarşı deyiləm, sadəcə amerikanlar istənilən asiyalı qrupun BTS olduğunu düşünürlər.

 

_

– Mark dedi ki, o, Vankuverdəndi, amma o qadın yenə də qeyd etdi : ‘Nə gözəl ingiliscə danışırsan!’ㅋㅋㅋㅋ  Bu nə axmaqlıqdır?

– Zibil, bu çox qıcıqlandırıcıdır …

– Çünki onlar axmaqdır.

– Görün bu kişi onlara durduq yerdə necə orta barmaq göstərirㅋㅋㅋ Bəs oğlanlar onu görsəydi necə? Bu başdan xaraba nifrət edirəm.

– Ciddən, o oğlanın barmağını sındırmaq istəyirəm…

– Мənə niyəsə elə gəlir ki, NCT üzvləri – orada irqi-ayrıseçkiliyə məruz qalan yeganə qrupdur…

– İsti kofeyə nə oldu? İndi də onlar qida və içkilərlə məzələnirlər?! İsti və soyuq kofeni bir-birindən fərqləndirə bilmirlərsə niyə sifariş qəbul edirlər. Cəhənnəmin dibinə qədər yolunuz var.

– Ən qıcıqlandırıcı isti kofe ilə olan hadisədir. Yemək və içki ilə zarafat etmək uşaqcasınadır…

– Bu oğlanlar çox şeydən keçiblər… Uğurlar arzu edirəm, NCT 127!

– Mark olan video Tom Hollandı xatırlatdıㅋㅋ О, Erik Namdan ingilis dilini hardan öyrəndiyini soruşdu, çünki o, ingiliscə əla bilir;;

– Aparıcı qız: ‘Sən Vankuverdənsən? Yəni kanadalısan? Sənin ingilis dilin çox yaxşıdır’. Axı bu nə səfehlikdir?

_

Pannatic

«Çox kədərliyəm 😭 Onlar möhtəşəm uşaqlardır və daha yaxşı rəftara layiqdirlər. Markın onların BTS olmadığı üçün üzr istəməsi qəlbimi qırdı. Turlarını bu cür başlamaqları çox üzücüdür. Onlarla pis davranan bu axmaqlarla dava etmək istəyirəm 😭😭😭 Orta barmaq videosunu bəsdirin yaydınız. Ümid edirəm Mark heçnə görməyib».

«Birinci söhbət çox böyüdülüb… Barista əvvəl onun nə istədiyini anlamadı, sonra isə istədiklərini verdi».

«Hmm… Bəlkə də bu rasizm deyil, amma şübhəsiz ki, kobudluq və axmaqlıqdır 😒».

TAGS: