//“NCT 127” qrupu “Good Day New York” şousunun qonağı olub

“NCT 127” qrupu “Good Day New York” şousunun qonağı olub

 

Amerikanın “Good Day New York” şousunun qonağı olan “NCT 127” oğlanaları. Hal-hazırda Amerikanın Nyu-York şəhərindədirlər. “Good Day New York” şousunun qonağı olan qrup, verilən suallara cavab verərək, maraqlı müsahibə verib. Özlərini bir-bir təqdim etdikdən sonra söhbətə başlayan Mark “Bizim əsas albom “Superhuman” mahnısında hər bir insanın super gücə malik olmasından danışırıq. Hansı ki, biz həqiqətəndə düşünürük ki. hər bir insan ayrı-ayrılıqda xüsusidir” sözlərini deyib.  Daha sonra qrup üzvləri, sevimli müğəniləri haqqında söhbət açıblar. Do Yunq (Do Young) Ariana Grande və Billie Eilishi, Cunq Yon Oh (Jung Yun Oh) Bruno Marsı çox bəyəndiyini və sevdiyini dilə gətirib. İ Teyonq (Lee Taeyong) Lil Dick deyərək onların sözünə əlavə edib “Biz sizi sevirik!” deyib.

Gələcəkdəki iş birliyi planları haqqından sual verən aparıcıya Conni belə cavab verib “Siz bizləri səsləyin. Biz işbirliyinə həmişə hazırıq”. Aparıcı Jason Derulo ilə işbirliyi haqqında verdiyi suala yenə Conni cavab verərək belə deyib “Biz musiqi videosunu görəndə təəcüb içində idik. Həqiqətən rəqs insanları birləşdirəcək gücə malikdir. Biz çox şadıq ki, k-pop və k-pop müğənniləri bunu yaxşı bacarırlar”

Daha sonra aparıcı Vaşiqtonda keçirilən flaşmobdan söz açaraq bu haqqda söhbət etmələrini xahiş edib. Conni bu haqda fikirlərini belə bölüşüb “Biz gəzirdik və rəqs edən insanları gördük. Ayaq saxlayıb dinlədikdən sonra anladıq ki, səslənən musiqi k-pop musiqisidir. Biz sual verdik ki, “burdada nə baş verir?” Yaxınlaşdıqda başa düşdük ki, bu “təsadüfi rəqs” bizim YouTubede gördüyümüz rəqsdir. Dərhal onlara qoşuımaq qərarına gəldik”. Boş vaxtlarınız nə edirsiniz sualına Teil (Taeil) kinoya baxmağı, musiqiyə qulaq asmağı dedi. Conni, Teilin (Taeil) sözlərini təsdiq edərək “Biz musiqi dinləyib məşq etməyi çox xoşlayırıq.  Ona görədə hər an tamaşaçı qarşısında çıxış etməyə hazırıq”. Cunq Yon Oh (Jung Yun Oh) hər səhər  saat 9-da və ya saat 10 tamamda oynadıqlarını, oyanan kimi məşq etdiklərini, sonra yemek yediklərini və yenə məşq etdiklərini dedi.  Siz müsahibənin tamamını aşağıdakı videodan izləyə bilərsiniz.

 

 

 

TAGS: