//Nara “Doctor Prisoner” serialında Namkunq Mini müşayiət edəcək

Nara “Doctor Prisoner” serialında Namkunq Mini müşayiət edəcək

Hello Venus qrupundan Nara, KBS2-nun “Doctor Prisoner” adlı yeni serialında qadın baş rol obrazı canlandıracaq.

15 yanvarda serialın prodüseri Naranın serialda rol alacağını təsdiqləyib.

Serial, başına gələn bəzi bədbəxt hadisələrdən sonra çalışdığı xəstəxanadan ayrılmaq məcburiyyətində qalan uğurlu bir həkimin (Namkunq Min) ətrafında dönür. Bir həbsxananın baş həkimi olaraq işləməyə başlayır.

Nara serialda bir psixiatr olan Han So Qım(Han So-Geum) obrazını canlandıracaq. Geniş ürəkli biridir. Bir xəstəxanada işləməsi ilə yanaşı, Na Yi Cenin (Na Yi-Je – Namkunq Min) baş həkim olduğu həbsxanada da könüllü olaraq xidmət göstərir.

Serialın rejissor kreslosunda “The Iron Empress”, “Sungkyunkwan Scandal”, “Assembly” və “The Gentlemen of Wolgyesu Tailor Shop” seriallarının rejissoru Hvanq İn Huk (Hwang In-Hyuk) oturur. Serialın ssenari müəllifi “Inspiring Generation” serialının qələmə alan Park Ke Ok(Park Kye-Ok)dur..

Serialın ilk seriyasının bu ilin mart ayında yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli