//Nam Te Hyon(Nam Tae Hyun)-un YG və B.I-ı hədəf aldığı deyilən şəkil və paylaşımı

Nam Te Hyon(Nam Tae Hyun)-un YG və B.I-ı hədəf aldığı deyilən şəkil və paylaşımı

Nam Te Hyonun (Nam Tae Hyun) keçmiş paylaşımı B.I-ın narkotik qalmaqalından sonra yenidən ortaya çıxdı.

Netizenlər “WINNER-dən ayrıldıqdan sonra Nam Te Hyonun mənalı paylaşımı” başlıqlı xəbərləri online saytlarda paylaşmağa başladılar.

Nam Te Hyon 2016-cı ilin sonlarında WINNER-dən ayrıldıqdan sonra köhnə pərəstişkarlarından və netizenlərdən mənfi , həmçinin pis niyyətli rəylər almağa başladı.

Daha öncə verdiyi bir müsahibədə Nam Te Hyon :”Getdiyimiz yollar fərqli idi. YG mənim üçün ev kimi idi. Yaxşı ya da pis ümid edirəm ki, peşmanlıq hissi keçirmərəm, yaxşı bir dəyişiklik olar.”

Bu ifadələrdən sonra WINNER-dən bəhs etdiyi üçün netizen və pərəstişkarlardan reaksiya alan Te Hyon , instaqram vasitəsi ilə hər kəsə sərt cavab verdi.

Mən sadəcə sualı cavablandırdım çünki, WINNER-dən ayrılmağımla bağlı suallar verildi. Məndə danışmaq istəmirəm. Mənim sözlərimin dəyişdiyini deyirsiniz? Sizə nəyə görə ayrıldığımı detalları ilə danışsam nəyisə itirəcəyimi düşünürsünüz? Yumun ağzınızı və pis niyyətli rəylər yazmağı dayandırın. Mübahisə etməyi xoşlamıram sadəcə sevdiyiniz insanları dəstəkləyin. Artıq bir idol deyiləm. Həmçinin kim olduğumu bilirəm və etmək istədiklərimi edirəm. Buna görə də evinin küncündə insanları təhqir edənlərdən daha yaxşı yaşayıram. Mənlə maraqlanmağı burax və get.”

Nam Te Hyonun WINNER-dən ayrıldıqdan sonra paylaşdığı bu sözlər və şəkillər netizenlərin marağına səbəb olub. O, barmağındakı “Narkotik istifadəçisi deyiləm, Narkotikin özüyəm.” yazan döyməsini paylaşıb. Netizenlər Te Hyonun paylaşdığı şəkil və sözlərin YGB.I-a atdığı söz olduğunu düşünür.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova