//Nam Te Hyon (Nam Tae-hyun) və Cein Canq (jaein Jang) sevgili olduqlarını etiraf etdilər!

Nam Te Hyon (Nam Tae-hyun) və Cein Canq (jaein Jang) sevgili olduqlarını etiraf etdilər!

 

Hər iki müğənni  “Studio Vibes” adlı yeni şounun son səhnələrinin çəkilişlərinin bitməsi mərhələsindədirlər. Aprel ayınn 22-də cütlüyün görüşdüyü xəbəri yayılmışdır. Nam Te Hyonun (Nam Tae-hyun) agentliyi tərəfindən verilən açıqlamada belə deyilir “Nam Te Hyon (Nam Tae-hyun) və Cein Canq (jaein Jang) görüşdükləri xəbəri həqiqətdir. Onlar bu yaxınlarda öz münasibətlərinin yeni mərhələsinə başlayıblar və sevgilidirlər. Bununla yanaşı hər iki müğənni tvN kanalının “Studio Vibes” adlı şousunda iştirak edir”.

Qeyd edək ki, Nam Te Hyon (Nam Tae-hyun) 1994-cü ildə doğulub o, Cein Canqdan (jaein Jang) 3 yaş balacadır. Belə ki, Cein Canq (jaein Jang) 1991-ci il təvəllüdur. Hər iki müğənninin iştirak etdiyi “Studio Vibes” şou layihənin may ayında yayımlanması planlaşdırılır.