KBS2 kanlının “Doctor Prisoner” serialının çəkiliş heyətinə, sevimli aktyor Nam Gunq Min (Namgoong Min) maraqlı hədiyyə verəcək. May ayının 15-i tarixində 935 Entertainment agentliyi tərəfindən verilən məlumatda belə deyilir: “Nam Gunq Min (Namgoong Min) və “Doctor Prisoner” serialının çəkiliş heyəti Havay adalarına istirahətə gedəcəklər. Aktyor şəxsən özü bütün xərcləri ödəyəcək. Bu hədiyyə olaraq qəbul edilsin”. İstirahət hədiyyəsinin gedilmə vaxtı və ya günü hələ ki, təyin olunmayıb. Bəzi mənbələrin məlumatına əsasən mart ayının 20-də başlayan “Doctor Prisoner” serialı, may ayının 15-i, saat 22:00-da tamamlanır. Yəqin ki, sonuncu bölüm yayımlandıqdan, serialın çəkilişləri tamamilə bitdikdən sonra bütün çəkiliş heyəti və sevilən aktyor istirahətə gedəcəkdir.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020