//Nam Cu Hyuk (Nam Joo-hyuk) və Ci Su (Ji Soo) “Leon Korea” jurnalına dostluqları haqqında maraqlı müsahibə verdilər

Nam Cu Hyuk (Nam Joo-hyuk) və Ci Su (Ji Soo) “Leon Korea” jurnalına dostluqları haqqında maraqlı müsahibə verdilər

 

Aktyor Nam Cu Hyuk (Nam Joo-hyuk) və Ci Su (Ji Soo) “Leon Korea” jurnalınının fotosessiya çəkilişlərində iştirak etdilər. İki sevimli aktyor və dost jurnalın may ayındakı buraxılışını, öz görkəmləri ilə işiqlandıracaqlar. Foto çəkilişlərdə iştirak etmək məqsədi ilə hər iki aktyor Havay adalarına yola düşüblər. Amerikaya səfər edərkən Nam Cu Hyuk (Nam Joo-hyuk) və Ci Su (Ji Soo) birlikdə keçirtdikləri istrahət xatirələrindən bəhs edərək, jurnala müsahibə veriblər. Müsahibədə belə deyilir: “Bizim birlikdə istrahətimiz mənim üçün bir yenilik idi. Bu möhtəşəm idi, həmin anlar mənim yaddaşımda unudulmaz xatirələr yaratdı. Biz ikimizdə hara getməyimizdən aslı olmayaraq, hər şeydən əvvəl çox gəzməyə və yerli yeməkləri yeməyə üstünlük veririk”. Əlavə olaraq Ci Su (Ji Soo) deyilən cümlələrə qoşularaq, o, da öz fikirlərini bölüşüb: “Biz birlikdə çox vaxt keçirtməyə başladıq. Hər ikimizdə artıq bilirik ki, hansımız nəyi xoşlayırıq, nəyi xoşlamırıq. Bunu bilmək Havay adalarına bizim birlikdə daha rahat getməyimizə zəmin yaradır”.

Hər iki aktyor bir birindən, dostluqlarından çox razı olduqlarını dilə gətiriblər. Bu cür dostluğa sahib olduqları üçün özlərini şanslı hiss etdiklərini deyiblər. Onların dostluqlarında bir-birlərindən sirrləri və ya gizlətdikləri heçnə yoxdur. Dostlar bir-biri ilə istənilən mövzuda söhbət edə, fikirlərini bölüşə bilirlər. Nam Cu Hyuk (Nam Joo-hyuk): “Biz bir-birimiz ilə aktyorluq peşəkarlığımız haqqında tez-tez söhbət edirik. Səmimi olaraq ikimiz də bir birinin qüsurlarını, səhvlərini, hətta “sənin burada baxışların mənimkindən daha yaxşı alınıb” kimi fikirləri bölüşə bilirik. Biz bu cür dostluq yarada bildiyimizə üçün bir birimizə minnətdarıq”

Ci Su (Ji Soo): “Amma cümlələr bizim sadəcə aktyorluq peşəmizdən söhbət etdiyimiz anlamına gəlmir. Biz bir-birimiz ilə sevdiyimiz mahnıları bölüşürük. Müxtəlif mövzularda söhbət edirik” cümələsini əlavə edib.

Aktyor Ci Su (Ji Soo) hal-hazırda Netflixə məxsus “My First First Love” adlı yeni serialda baş rol oynayır. Serialın aprel ayının 18-i tarixində yayımlanması planlaşdırılır. Serial haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz. Aktyor Nam Cu Hyuk (Nam Joo-hyuk) yayımlanması gələn ilə planlaşdırılan “Nurse Teacher An Eun Young” serialında baş rol oyayacağı planlaşdırılır. Bu serial haqqında ətraflı məlumatı  buradan oxuyabilərsiniz.