//Nam Cu Hyuk (Nam Joo Hyuk) “Josee” filmində, baş rol oynamaq təklifi alıb

Nam Cu Hyuk (Nam Joo Hyuk) “Josee” filmində, baş rol oynamaq təklifi alıb

 

Aprel ayının 4-də aktyorun rəsmi agentliyi, YG Entertainment tərəfindən verilən açıqlamada Nam Cu Hyukun (Nam Joo Hyuk)  “Josee” filmində baş rol oynayacağı təsdiqləndi. “Josee” filmi 2004-cü ildə, yaponlar tərəfindən çəkilən “Josee, the Tiger and the Fish” filminin yeni versiyası hesab olunur. Filmin orijinal versiyasında, qumar salonunda işləməli olan, tələbə oğlandan bəhs edir. Bir dəfə tələbə oğlan, ziyarətçilərdən birinin, uşaq arabası gəzdirən qocadan bəhs etməsi söhbətini eşidir. Söhbətdə deyilir ki, həmin arabanın içərisində ya pul var, ya da narkotik. Günlərin bir günü, tələbə arabanın divara çırpıldığını görür. Qoca, ondan arabanı düzəltmək üçün kömək istəyir. Məlum olur ki, arabanın içərisində ayaqları əlil olan, bir qız var. Onun adı Qumikodur. Amma o, özünü Joze adlandırır. Onların arasında, məhəbbət ola biləcəyi heç kimin ağlına gəlmir.