//Nam Cu Hyok (Nam Joo-hyuk) “The Light in Your Eyes” serialının çəkilişlərindən söhbət etdi

Nam Cu Hyok (Nam Joo-hyuk) “The Light in Your Eyes” serialının çəkilişlərindən söhbət etdi

 

Serialın çəkilişləri vaxtı insanlar tərəfindən müxtəlif rəylər alan aktyor “Star Today”-ə müsahibə verərək : “The Light in Your Eyes” serialının çəkilişlərindən sonra mənim aktyorluq peşəkarlığım daha da artıb” sözlərini deyib. “The Light in Your Eyes” serialında Nam Cu Hyok (Nam Joo-hyuk) 26 yaşlı baş qəhrəmanın rolunu oynayıb. Sevimli aktyor jurnalist olmaq arzusu ilə yaşayan, ağır uşaqlıq keçirdib böyüyən və əsl həyat yoldaşı rolunu canlandırıb.

Nam Cu Hyok (Nam Joo-hyuk)  öz peşəkarlığını döyüş oyunu olan boksla müqayisə edərək belə deyib: “Boks oynayan döyüşçülər hər dəfə məşq etməklə öz peşəkarlıqlarını artırdıqları kimi məndə bu serialdan sonra özümü daha təəcrübəli və peşakar hiss edirəm” deyib. O, sadəcə peşəkarlığı ilə deyil həmdə emosional baxışı və duruşu ilə də baş qəhrəmanın rolunu tam oynamağa çalışdığını deyib. O, tamaşaçılara  nifrət və itirmək hissinin mükəmməl şəkildə nümayiş etdirməklə, izləyənləri serialın süjet xəttinin dərinliyinə apara bilib.

Serialın yayımlanması bitdikdən sonra Nam Cu Hyok (Nam Joo-hyuk) belə dedi: “Serialın çəkilişləri bitdikdən sonra, mən bir çox rəylər oxudum. Məsələn “O, öz ruhunu şeytana satıb”, “O, əfsanəvi aktyordu” . Belə rəylər məni daxilimə bir daha nəzər salmağıma yardımçı oldu. Mən dayanmadan çalışıram, işləyirəm hər bir layihə üzərində yorulmadan, əzmlə işimi davam etdirirəm. Hətta serial və ya film çəkilişləri olmayanda belə mən yenə öz üzərimdə işləməyə davam edirəm. Serialın bu qədər sevilməsinə səbəb, çəkiliş heyətinin peşəkarlığından və daha təəcrübəli aktyorlarla işləməyindən irəli gəlir. Düşünmürəm ki, bu serial üçün mən nəsə fərqli və ya daha artıq nəsə etdiyimi. Çəkilişlər vaxtı yaradılan şərait elə mükəmməl idi ki, rol oynadığımı belə unutmuşdum. Sanki özümü çəkiliş sahəsində söhbət edirmiş kimi hiss edirdim”.

 

Qeyd edək ki, Nam Cu Hyok (Nam Joo-hyuk) serialın çəkilişləri vaxtı təsdiqlənmiş sonuncu aktyor idi. O, süjet xəttini bir dəfə oxumaqla serialın çəkilişlərinə öz razılığını vermişdi. Müsahibə vaxtı aktyor öz fikirlərini bölüşərək belə deyib: “Mən xoşlayıram ki, serial çəkilişlər bitdikdən sonra yayımlansın. Nəticəyə ictimaiyyətin fikri bildirildikdən sonra baxmaq daha maraqlıdır. Əsasəndə sonuncu epizoda. Mən bu hissəyə “ağlama saatı” deyirəm. Əvvəla, finaldan danışarkən qeyd edim ki, bu hissəyə biz bütün bütün çəkiliş heyəti ilə birlikdə baxdıq. Ətrafdan çoxlu səslər gəlirdi. Ən çox da ağlamaq səsləri. Bu serial sankı insanları daha dərin düşünməyə məcbur edir. Ona baxdıqdan sonra ətrafimdakı insanlara, məni sevənlərə minnətdarlıq hissini keçirtdim. Final bölümünün sonunucu sözləri unudulmaz idi. “Peşman olduğum keçmiş, əmin olmadığım gələcəyim” bu sözlər o qədər təsirli idi ki, başa düşdüm ki, mən xoşbəxt yaşamalıyam. Mənim də problemlərim bütün gənclərin problemləri ilə eynidir. Mən də gələcəyə doğru addım atmaqla, arzularıma çatmağa çalışıram. Düzdü, bütün insanların problemləri eyni olmaya bilər amma onların üzləşdikləri çətinliklər eynidir. Mən bu çətinlikləri düşünürək bu rolu canlandırmağa çalışmışam. Baş qəhrəmanın keçirtidiyi bütün hissləri anlayaraq, dərk edərək, üzülərək rolumu laiqincə oynamağa cəhd etmişəm.

 

Nam Cu Hyok (Nam Joo-hyuk) çəkiliş vaxtı ən çətin olan məqamlardan söz açaraq bunları da əlavə edib: “Ən çətin olan göz yaşlarımı saxlaya bilməməyim oldu. Bir çox səhnələrdə səmimi olaraq, ürəydən ağladığım anlar oldu. Bu rol oynadığımdan deyil, baş qəhrəmana qarşı keçirdiyim hisslərdən irəli gəlirdi. Serialın bütün səhnələri qəlbimin dərinləklərinə təsir edə bilirdi. Elə anlar olurdu ki, rejissor məndən sakit olmağımı xahiş edirdi. Mən isə özümü ələ alıb sakit ola bilmirdim. Ən ağır səhnələrdən biri baş qəhrəmanın nənəsinin rəhmətə getməsi və həbsdəki səhnələr idi. Elə olurdu ki, mən daha artıq üzülməmək üçün çəkiliş sahəsindən uzaqlaşmağa çalışırdım. O qədər çətin idi ki, həmin səhnələri, baş qəhrəmanın halına acımadan canlandırmaq, emosiyyaları idarə etmək”.

Sevimli aktyora uğurlar arzulayırıq!.