//Nam Ci Hyon(Nam Ji Hyun) MBC-nin yeni serialında İ Cun Hyok(Lee Joon Hyuk) ilə birgə rol alacaq

Nam Ci Hyon(Nam Ji Hyun) MBC-nin yeni serialında İ Cun Hyok(Lee Joon Hyuk) ilə birgə rol alacaq

Nam Ci Hyon yeni bir serial ilə geri dönüş edəcək!

Dekabrın 10-da Nam Ci Hyonun  yaxınlaşan MBC serialı  “365: A Year of Defying Fate” (hərfi adı, bundan sonra “365” adlandırılacaq)-da əsas qadın rolunu oynayacağı təsdiqləndi.

“365”, özləri üçün mükəmməl bir həyat qurmaq üçün bir il geriyə dönən insanların hekayəsini izah edəcək, lakin gələcəkləri müəmmalı hal aldıqca orada sıxışıb qaldıqlarını anlamağa başlayırlar.

Nam Ci Hyon, son üç ildir məşhur “Hidden Killer” adlı vebtun üzərində çalışan Şin Qa Hyonun rolunu canlandırmağa hazırlaşır. Şin Qa Hyon yetəri qədər imkanlı olsa və populyarlıq qazansa belə, daim çalışır və həyatdan zövq almağa vaxt tapmır. Həssas, hər şeyin möhtəşəm olmasını istəyən mükəmməl bir mütəxəssisdir, hətta min yaxşı rəy alsa da, bir pis rəy haqqında düşünməyi dayandıra bilməz və o, ən yaxşı araşdırılmış əsərin müəllifi kimi öz adını buraxmaqdan imtina edən gərgin əməksevərdir. Qəfil bir qəzadan sonra həyatı dəyişən Şin Qa Hyon gələcəyini dəyişməklə bağlı ani bir təklif alır.

Nam Ci  Hyon yeni proyektində “Shopping King Louis”,   “Suspicious Partner,” və “100 Days My Prince” serialları ilə məşhur olan İ Cun Hyok(Lee Joon Hyuk) ilə birlikdə əməkdaşlıq edəcək.

Serial 2020-ci ildə yayımlanacaq.

Elmina Səfərova