//Naeun “Model Taxi” serialından ayrıldı

Naeun “Model Taxi” serialından ayrıldı

Aprel üzvü Naeun  “Model Taxi” serialını tərk edəcək.

Studio S, “Şirkətlə danışdıq və “Model Taxi”nin əsas aktyorlarından biri olan Naeun-ı başqa aktyorla dəyişdirmək qərarını verdik” dedi.

Heyət serialın 60% -nin çəkildiyini açıqladı amma Naeun tamamilə dəyişdiriləcək və bütün səhnələri yenidən çəkiləcək. Serial heyəti, yalnız müzakirə ilə bağlı bütün hesabatları yoxlamaq üçün deyil, həm də rolu yenidən təşkil etmək üçün vaxt ayırdıqlarını izah etdi.

Bundan qısa müddət əvvəl keçmiş Aprel üzvü  Hyunjoo-nun kiçik qardaşı olduğunu iddia edən bir şəxs, Hyunjoo-nun qrup üzvləri tərəfindən bullying edilidiyini iddia edən bir paylaşım paylaşdı və Naeun-da orta məktəbdə məktəb zorakılığında günahlandırıldı. DSP Media ittihamları rədd etdi və zərərli böhtan və yalan məlumatlar ehtiva edən bütün yazılara qarşı ciddi qanuni tədbirlər görəcəklərini paylaşdı.

TAGS: