//N.Flying, “The Show”da ilk qalibiyyətini “Rooftop” ilə qazandı + duyğusal anlar

N.Flying, “The Show”da ilk qalibiyyətini “Rooftop” ilə qazandı + duyğusal anlar

N.Flying çıxışlarından bura ilk qalibiyyətini qazandı.

Martın 5-i N.Flying, (G) I-DLE  və Ha Sonq Vun birinci oldu. Son mahnıları “Rooftop” ilə qalibiyyəti qazanan qrupa , nəhayət, kubok verildi.

“Rooftop” yanvarın 2-si yayımlanmışdı. 8 fevralda N.Flying mahnı üçün final musiqi şousu göstərdi. “Rooftop”-un rəsmi təqdimatı bitdi, lakin mahnı yaxın zamanda musiqi siyahılarında yüksəldi və hətta nömrə 1 oldu. N.Flying ilk musiqi şoularını 4 il sonra möcüzəvi şəkildə qazandı.

Xüsusi mükafat sonrası qrup üzvləri duyğulanaraq : “ Çox şey yaşadıq. Son 4 il ərzində hər zaman bizimlə olub, bizi dəstəkləyən pərəstişkarlarımıza təşəkkür edirik və bizə inandıqları üçün şirkətimizə minnətdarıq.” -deyə, bildiridilər.

Təbriklər N.Flying~~

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova