Kim Vu Binin (Kim Woo-bin) böyük ekranlara geri dönüş edəcəyi haqqında yayılan xəbərlərə aktyorun agentliyi açıqlama verdi; “Kim Vu Bin rejissor Çoi Donq Hunun (Choi Dong-hoon) yeni film təklifi haqqında düşünür. Təkrar qeyd etməli oluruq ki, hər şey onun səhhətindən aslıdır”. Kim Vu Bin razılıq verməli olsa onun filmdəki rol həmkarları aktrisa Con Ci Hyon (Jun Ji-hyun), Ryu Cun Yol (Ryu Jun-yeol) və Kim Te Ri (Kim Tae-ri) olacaq. Filmin ssenarisi tamamlanmadığı səbəbindən işlər hələ davam edir. Çəkilişlər bu ilin sonuna ya da növbəti ilin əvvəlinə planlaşıdrılır. Qeyd edək ki, rejissor Çoi Donq Hunun (Choi Dong-hoon) 2012 və 2015-ci ildə çəkdiyi filmlər 10 milyon bilet sayı ilə satılaraq, ən çox izlənilən filmlər siyahısın düşmüşdü. Rejissor 2017-ci ildə aktyor Kim Vu Binə (Kim Woo-bin) yeni film təklifi etsə də, sevilən aktyor məlum xəstəlik səbəbindən rol təklifini qebul edə bilməmişdir.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020