//Nəhayət ki, “Hotel del Luna” serialının baş rol qəhrəmanları bəlli oldu

Nəhayət ki, “Hotel del Luna” serialının baş rol qəhrəmanları bəlli oldu

 

tvN kanalının, fantastik janrda çəkilməsi planlaşdırılan “Hotel del Luna”  serialında rol oynayacaq aktyorlar məlum oldu. Baş rolları IU və Yo Cin Qu (Yeo Jin-Goo) oynayacaq. Digər ikinci dərəcəli obrazları isə Conq Donq Hvan (Jeong Dong-hwan), Be He Son (Bae Hae-seon), So Yi Suk (Seo Yi-sook) və Kanq Honq Sok (Kang Hong Suk) canlandıracaq. Süjet xəttinə əsasən, keçmişdə baş verən səhvin ucbatindan 1000 il, lənətlənmiş vəziyyətdə yaşayan baş qəhrəman, gözlənilməz hadisə nəticəsində  Hotel Del Lunada işləməyə başlayır. O, çox gözəl və cazibədardı amma qəlbi soyuqdur. Yo Cin Qu (Yeo Jin-Goo) mehmanxananın sahibi rolunu oynayacaq. Bütün hadisələr Hotel del Luna adlanan mehmanxanada cərəyan edəcək. Çəkiliş heyyəti izləyicilərə müraciət edərək belə deyib ” Baş rol qəhrəmanlarından başqa, bizim heyətimiz istedadlı digər aktyorlarla da zəngindir. Xahiş edirik ki, bizi dəstəkləyəsiniz. Qeyd edək ki, serialın ssenarisi Hon bacıları tərəfindən yazılıb, rejissorluğunu isə “Doctors” və “While You Were Sleeping” seriallarının rejissoru O Çunq Hvan (Oh Choong Hwan) tərəfindən çəkiləcək. Bundan əlavə, serialın yay aylarında ekranlara verilməsi planlaşdırılır.