//Nəhayət ki, Ci Çanq Vuk (Ji Chang-wook) hərbi xidmətini tamamladı

Nəhayət ki, Ci Çanq Vuk (Ji Chang-wook) hərbi xidmətini tamamladı

 

Aprel ayının 27-də Koreya vaxtı ilə saat 08:30 sevimli aktyor Ci Çanq Vuk (Ji Chang-wook) hərbi xidmətdən tərxis olundu. Aktyoru salamlamaq məqsədi ilə çıxışda onu çoxlu pərəstişkar və jurnalist toplusu gözləyib. Jurnalistlər uzun fasilədən sonra öz hisslərini onu sevənləri ilə bölüşməsini istəyiblər. O,: “Mən hələ xidmətimi tamamailə tamamladığıma inana, dərk edə bilmirəm. Hələ ki, bu mənə çatmır. Düşünürəm ki, əvvəl ki, həyatıma qayıtdıqdan sonra mən dərk edəcəyəm”. Daha sonra o, hərbi xidmətdə təşkil olunan musiqi tədbirlərindəki həmkarları ilə birgə çıxışından bəhs edib. O, belə deyib: “Təşkil olunan tədbirlərdə bir neçə həmkarım ilə yenidən birgə iş üzərində birləşdik. Xatırladım ki, 10 ildən sonra ilk dəfə idi ki, aktyor Kanq Na Nıl (Kang Ha-neul) ilə yenidən birgə çıxış edirdik.  Burada mən “INFINITE”  qrupundan Kim Sonq Kyu (Kim Sung-kyu), “SHINee” qrupundan Onev (Onew), aktyor Kim Min Ho (Kim Min-ho) ilə dost oldum. Etiraf etməliyəm ki, məhz onların sayəsində mənim xidmət dövrüm rahat keçdi. Onların hamsına ayrı-ayrılıqda təşəkkür edirəm”.

Jurnalistin: “Bu dəqiqə siz nə etmək istərdiniz?” sualına cavab verən sevimli aktyor, cavabı ilə hamını güldürüb. Belə ki, o, “Mən? sadəcə dadlı nəsə yemək yeməyi çox istərdim” deyib.

Sevimli aktyor üzünü pərəstişkarlarına tutaraq belə deyib “Uzün müddətdən sonra sizinlə üz-üzə gəldiyimə görə çox həyəcanlıyam. Nəhayət ki, hərbi xidmətimi başa çatdırdım. Gələcəkdə daha maraqlı layihələrdə görüşmək diləyi ilə. Xahiş edirəm məni gözləyin. Təşəkkür edirəm”.

 

 

Qeyd edək ki, Ci Çanq Vuka (Ji Chang-wook) yeni seriallarda baş rol oynamaq təklifləri artıq gəlib. O, kosmik serial hesab oluna “City of stars” və fantastik, komediya janrında olacaq olan  “Me Make Me Melt” adlanan seriallarda çəkilməyi planlaşdırır. Yuxarıda adları yazılan seriallar haqqında saytımızda ətraflı məlumat vermişik. Hər biri haqqında məlumatı saytımızdan oxuya bilərsiniz.

Biz sevimli aktyoru təbrik edirik, yeni işlərində uğurlar arzulayırıq!.