//“My Strange Hero” serialının yeni fraqmenti yayımlandı

“My Strange Hero” serialının yeni fraqmenti yayımlandı

Serial, haqsız yerə günahlandırılıb məktəbdən qovulan Kang Bok-Soo`nun (Yoo Seung-Ho) ətrafında dönür. Bok-Soo bir lisey şagirdi ikən məktəbdə baş verən bir şiddət hadisəsindən dolayı günahlandırılır və məktəbdən qovulur. Bir yetkin olduqda belə bu hadisənin təsirindən xilas ola bilmir. Bu səbəbdən, intiqam almaq üçün eyni məktəbə qayıdır. Ancaq gözlənilməz bir hadisə ilə qarşılaşır.

Yayımlanan fraqmentdə, Kang Bok-Soo`nun damda başqa bir oğlan tələbə ilə yer aldığı bir səhnə görünür. Bu səhnədə, tələbə damdan düşərkən “Kang Bok-Soo, məni xilas et!” deyə bağırır. Daha sonra, Kang Bok-Soo`nun ətrafını polis və tələbələrin bürüdüyü səhnəyə keçilir və Kang Bok-Soo ümidsiz halda, “Həqiqətən, mən deyildim. Niyə onu aşağıya itəlyim?!” deyərək qışqırır.

Səhnədə, sinifdə tək başına oturan Son Soo-Jung görünür və Kang Bok-Soo göz yaşları içərisində ona, “Mənim olmadığımı sən də bilirsən. Niyə yalan danışırsan?!” deyə soruşur.

Son səhnədə məktəbə qayıdan Kang Bok-Soo “Uzun zaman oldu. Doqquz il keçdi mi? Hamınız geri qayıtmağım reallığından peşman olacaqsınız..” deyir.

Serialın rejissor kreslosunda “Wok of Love” serialının rejissorlarından Ham Joon-Ho oturur.

Serialın ilk seriyasının 10 Dekabrda yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)