//“My Strange Hero” serialının yeni afişaları yayımlandı

“My Strange Hero” serialının yeni afişaları yayımlandı

Əsas heyətində Yoo Seung-Ho, Jo Bo-Ah, Kwak Dong-Yeon və Cheon Ho-Jin`in yer aldığı, “My Strange Hero” serialının yeni bir fraqmenti və yeni afişaları yayımlanıb.

Serial, haqsız yerə günahlandırılıb məktəbdən qovulan Kang Bok-Soo`nun (Yoo Seung-Ho) ətrafında dönür. Bok-Soo bir lisey şagirdi ikən məktəbdə baş verən bir şiddət hadisəsindən dolayı günahlandırılır və məktəbdən qovulur. Bir yetkin olduqda belə bu hadisənin təsirindən xilas ola bilmir. Bu səbəbdən, intiqam almaq üçün eyni məktəbə qayıdır. Ancaq gözlənilməz bir hadisə ilə qarşılaşır.

Yoo Seung-Ho`nun yer aldığı ən sağdakı afişada, “Bir qəribə qəhrəman, Kang Bok-Soo” yazır.

Yayımlanan digər dörd afişada Jo Bo-Ah, Kwak Dong-Yeon, Kim Dong-Young və Park Ah-In yer alır.

Jo Bo-Ah`ın yer aldığı afişada, “Yenidən ilk məhəbbət, Son Soo-Jeong” yazır.

Kwak Dong-Yeon`un yer aldığı afişada, “İkiüzlü Ah Se-Ho” yazır.

Kim Dong-Young`ın yer aldığı afişada, “Kömək etmək istəyərsənmi? Lee Gyeong-Hyeon” yazır.

Park Ah-In`in yer aldığı afişada, “Sevimli bir fanat, Yang Min-Ji” yazır.

Serialın rejissor kreslosunda “Wok of Love” serialının rejissorlarından Ham Joon-Ho oturur.

Serialın ilk seriyasının 10 Dekabrda yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)