//“My Holo Love” serialının fraqmenti və afişası yayımlandı

“My Holo Love” serialının fraqmenti və afişası yayımlandı

Netflix-in Yoon Hyun-Min və Ko Sung-Hee baş rollarında oynadığı yeni “My Holo Love” serialının ilk üç posteri və ikinci treyleri yayımlandı.

Serial, tənha bir qadının (Ko Sung-Hee) ‘Holo’ (Yoon Hyun-Min) süni intellektiylə qarşılaşmasından sonra baş verən hadisələrdən bəhs edir.

Yoon Hyun-Min serialda iki fərqli personaj – Go Nan-Do və Holo rollarını canlandırır. Go Nan-Donun xarakteri bir IT araşdırma şirkətinin sahibidir. Dahi bir ixtiraçıolan Nan-Do şirkəti qurub və hər layihəni özü yaradıb. O həm də Holonun ixtiraçısıdır. Holo xarakteri bir holoqram süni intellektdir.

Ko Sung-Hee, serialdakı bir eynək şirkətində köməkçi menecer olaraq işləyən Han So-Yeonun xarakterini canlandırır. Müştərilərə  və işlərinə diqqətlə yanaşır. Ancaq şəxsi həyatına gəldikdə, onun yalnız bir həyatı var.

Yayımlanan afişanın şüarı olaraq o yazır: “Nə qədər çox sevsəm, tənha qalacağam.”

Mr. Baek “, “King’s Daughter, Soo Baek Hyang”, “Shopaholic Louis” ve “Familiar Wife” seriallarının rejissoru Lee Sang-Yeob, rejissorun kreslosunda oturur. Ssenari müəllifi “Time Between Dog and Wolf”, “Liar Game”, “Pied Piper” ve “Psychopath Diary” seriallarını yazan Ryoo Yong-Jae-dir.

Serialın ilk bölümü fevralın 7-də yayımlanacaq.

Əliyeva Simuzər