//“My Fellow Citizens” serialının yeni bir fraqmenti yayımlandı

“My Fellow Citizens” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Çoi Şi Von, İ Yu Yonq və Kim Min Cunqun rol aldığı “My Fellow Citizens” serialının ikinci fraqmenti yayımlandı.

Serial, heç bir zaman polis tərəfindən yaxalanmamış bir fırıldaqçı olan Yanq Cunq Kukun ətrafında baş verir. Cunq Kuk, bir il əvvəl tanış olduğu sevgilisinin bir detektiv olduğunu bilmədən evlənir.

Serialın rejissor kreslosunda “Jugglers” və “Cheer Up”! seriallarının ekranlaşdırmış Kim Cunq Hyon oturur.

Serialın senaristliğini “Vampir Prosecutor”, “Bad Guys”, “Squad 38” və “Missing 9” seriallarını qələmə alan Han Cunq Hun edir.

Serialının ilk bölümü aprelin 1-də nümayiş olunacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan