//“My Country” serialının mətbuat konfransı keçirildi

“My Country” serialının mətbuat konfransı keçirildi

Noyabrın 1-də Yanq Se Conq(Yang Se Jong), U Do Hvan(Woo Do Hwan), Canq Hyok(Jang Hyuk), AOA-dan Solhyon(Seolhyun) və quruluşçu rejissor(PD) Kim Cin Von (Kim Jin Won) JTBC-nin “My Country” adlı serialına həsr olunmuş mətbuat konfransında iştirak etdilər. Tədbir zamanı aktyorlar və rejissor serialın detallarını bölüşdülər.

Serialın çəkilişləri haqqında soruşulduqda U Do Hvan konfrans zamanı bunları dilə gətirdi : “Serialı izləyicilərimizlə lentə aldığımız hiss olunur. Serialı izləyənlərin reaksiyasını izləməklə güc qazanırıq. Hal-hazırda serialın ikinci çəkilişləri həyata keçirilir

Serial tarixi və qondarma personajlardan həqiqi insanları özündə cəmləşdirdiyinə görə həm qondarma, həm də qeyri-fantastikdir. PD Kim Cin Von  şərh etdi: “Mən uydurma bir hekayəni gerçək tarixin üstünə qoydum. Buna görə seriala gələn reaksiyalar məni daha çox narahat edir. Serial Cosom sülaləsinin quruluşu üzərində qurulsa da, daha çox vətənini sevən insanlar haqqında bir hekayədir. Mən həddindən artıq mənşəli personajlar qoysa idim, adi insanlar yaşayan hekayələrin çox zəif olacağından qorxurdum.

Canq Hyok(Jang Hyuk) ikinci dəfə İ Banq Von (Lee Bang Won) rolunu oynamağına da münasibət bildirdi. İ Banq Von, atasına Coson sülaləsinin başlaması üçün Qoryo sülaləsini devirməyə kömək edən şahzadədir. Canq Hyok ilk dəfə  2015-ci ildə  “The age of İnnocence”  filmində İ Banq Von rolunu oynamışdı. Aktyor, obrazı ilə bağlı fikirlərini bu cür dilə gətirdi:  “İ  Banq Vonu ilk dəfə oynadığım zaman biraz məyus olmuşdum, çünki film yalnız iki saat davam etmişdi. Xəyallarının və arzularının ardınca gedən İ Banq Vonu göstərmək üçün ‘My Country’ serialını seçdim. Serialdan ləzzət alıram, çünki onun salnamələrini oxuyarkən İ Banq Von-un fərqli bir tərəfini təsəvvür etməyə imkan verir.

Solhyon Han Hi Ce (Han Hee Jae) rolunu oynayarkən ən çox diqqət etdiyi şeylərdən danışdı. O dedi: “Mənim obrazım özünü qorumaq  üçün sevdiklərini qurban vermək əvəzinə onları qoruyan Han Hi Cedir. Obrazın arzuladığı ölkə, əzizlərini qoruya biləcəyi bir ölkə deyil.

Sonda aktyorlar aralarındakı kimya haqqında danışdılar. U Do Hvan: “Mən həmişə Canq Hyokun hərəkətlərini görməyə heyran olmuşam. O, mənə hərəkət səhnələri və hərəkətlərimlə bağlı məsləhətlər verir. Bəzən bu tövsiyəyə əməl edə bilmədiyim üçün üzüldüyüm vaxt olur. ‘My Country’ çox şey öyrənməyə imkan verən bir serialdır.

Canq Hyok, “Gənc aktyorların münasibətlərini çox düşünürəm. Öz hazırlıqlarına əsasən hərəkət etmək çətindir, amma başqasından göstəriş almaq daha çətindir. Ancaq təlimatları dinlədikdən və aktyorluq fəaliyyətinə ən yaxşı tövsiyələri tətbiq etdikdən sonra səhnələrdə iştirak edəcəklər. Serial ilə bağlı ən gözəl məqamlardan biridə böyük aktyorlarla birlikdə böyük səhnələr çəkməyimdir.

“My Country” serialının yeni bölümü noyabrın 2-də saat  10: 50-də yayımlanacaq.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova