//Müxbir Conq Cun Yonqun qrup çatlarını araşdırarkən dəhşətli şeylər ifşa etdiyini bildirdi

Müxbir Conq Cun Yonqun qrup çatlarını araşdırarkən dəhşətli şeylər ifşa etdiyini bildirdi

15 aprelə olan “Subusu News” müsahibəsində Kan Kyunq Yun Sınqri və Conq Cun Yonqun çatları haqqında xəbər verərkən çat əhlinin bir qızı necə müzakirə etdiklərindən danışdı.

“Оnlar qızı zorlayıb və sonra onun seksual planda nizamsız olduğunu deyərək tənqid ediblər. Onlar hətta qızın ‘təsəlli üçün qadın’ səviyyəsində olduğunu deyiblər. Bu mənim üçün çox böyük bir şok idi.” – Kan Kyunq Yun.

O, qrup üzvlərinin qadın haqqındakı danışıqlarını oxuyaraq çox qəzəbləndiyini bildirdi.

“Mən o qədər hirslənmişdim ki, 3 gün yata bilmədim. Həqiqətən düşünürdüm ki, bu xausdur. Problem yalnız pozulmuş seksual düşüncələrdə deyil, həm də təhrif olunmuş tarixi baxışlarda idi.” – Kan Kyunq Yun

Kan Kyunq Yun bu yaxınlarda qazandığı mükafatı xeyriyyə məqsədilə bağışladığını dedi.

“Bu yaxınlarda reportajıma görə şirkət tərəfindən mükafatlandırıldım. Amma ürəyim ağrıdığı üçün onu “House Sharing”-ə bağışladım. Ümid edirəm ki, seksual düşüncələrin təhrif olunması və rüşvətxor dövlət hakimiyyəti ilə bağlı suallar biraz da olsa həll olunub.” – Kan Kyunq Yun

Təsəlli üçün qadınlar – yaponların Koreyaya hücumu zamanı seksual köləliyə məcbur edilən qızlar və qadınlardır. Bu qadınlardan olan yalnız bəzi nənələr hələ də həyatdadırlar. Onlara kömək etmək, layiq olduqları üzrləri və kompensasiyaları qazanmaq üçün çox təşəbbüslər edildi.

Professor Çu Ci Hyon Koreyada «təsəlli üçün qadınlar» termininin işlənilməsi haqqında ətraflı danışdı.

“Millətçilik və ya antiyapon tərəfdaşdlığı hissinin tərbiyə edilməsi ilə birlikdə, ‘təsəlli üçün qadınlar’ ifadəsi  günahsız mövcudluq kimi görünür, amma Koreyada bu termin tez-tez Con Cun Yonqun qrup çatında istifadə etdikləri kimi işlədilir. Оnlar buna gülmürdülər, lakin qadınların bədəninin çirkli olduğunu nəzərdə tuturdular.” – Professor Çu Ci Hyon