//MustB qrupu yol qəzası keçirtdi. Avtomobili idarə edən menecer həyatını itirdi.

MustB qrupu yol qəzası keçirtdi. Avtomobili idarə edən menecer həyatını itirdi.

Newsen via Nate

1. [+472, -13] Qəza gecə 3:40 radələrində baş verib. Yəni ki, menecer sükan arxasında yuxuya gedib. Ümid edirəm ki, agentlik işçilərini bu qədər istismar etməyi dayandıracaq .

2. [+455, -11] Bəlkə o, sükan arxasına oturanda yuxulu olub? Böyük itkidir. Yerin cənnətlik olsun.

3. [+387, -8] Görünür o, bütün gün dayanmadan işləməkdən yorulub və sükan arxasındaca yatıb. Yeri cənnətlik olsun.

4. [+26, -0] İstintaq aparıb bu sektorda menecerlərin hansı şəraitdə işlədiyini aydınlaşdırmaq lazımdır. Çünki mənə elə gəlir ki, onların hər biri 2 nəfər üçün nəzərdə tutulmuş işi görürlər.

5. [+20, -0] Heyif, o, çox gənc idi ㅠㅠ

6. [+20, -3] Təsəvvür edin, necə yorğun olubsa elə sükan arxasında yuxulayıb ㅜㅜ Аmma onlar heç məşhur qrup deyil, çətin ki, o, gördüyü iş həcmində məvacib alırdı. Yeri cənnət olsun. Günahların hamısı şirkətdədir, ya növbəli qrafik hazırlamalı, ya da sürücünü yayındırmalı idilər.

7. [+19, -0] Çox güman ki, məsələ çox yüklənmiş qrafikdədir ya da əlavə işdə. Ladies Code ilə olanlar yadınızda? Əyləncə sektorunun bütün agentlikləri ayılmalıdır.

8. [+15, -3] Sadəcə menecerlərdən imtina edin. Yoxsa məşhurlar – kral ailəsinin üzvləridir? Özlərinin edə biləcəyi işi onların yerinə görən adam nəyə lazımdır?

9. [+9, -1] ㅠ О yox, bu çox kədərlidir ㅠ

10. [+9, -4] Mən ilk dəfədir bu qrup haqqında eşidirəm, amma onların iş qrafiki elə sıxdır ki, hətta gecə 3-də yerlərində yatmaq əvəzinə harasa gedirlər. Menecerin yeri cənnət olsun.

NB

“Heç vaxt dərs almayacaqlar. Düşünürdüm Ladies Code faciəsindən sonra şirkətlər gecə transferi ilə nəsə edəcəklər, məsələn əlavə sürücü götürə bilərdilər, lakin hər şey əvvəlki kimidir. Bilin ki, bir daha sevdiyim adamın itkisinə dözə bilmərəm.”
-> “Мənə sadəcə maraqlıdır, menecerlərin hüququnu qoruyan həmkarlar ittifaqı mövcuddur? Çünki elə bil, menecer və idol olmaq  – stress baxımından eyni dərəcədə qorxuncdur.”
–> “Mən deyərdim ki, menecer işi daha çox stresslidir. İnsanlar həmişə idollara fikrini cəmləyir, amma menecerlərin xoşbəxtliyini heç kim düşünmür. Özünüz düşünün, əgər idollar gündə 1-2 saat yatırsa, bəs menecerləri nə qədər yatır? Ya lap az ,ya da ki, ümumiyyətlə yatmırlar. Bu, kədərli eyni zamanda da ədalətsizdir, elə deyilmi?”

“8-ci rəyçi ümumiyyətlə başqa səviyyəyə gedib.”

“Əgər k-pop cəmiyyətinin əyləncə sektoruna təsir etmək imkanı olsaydı, istərdim ki, idollar üçün günlük məhdudiyyətli iş saatları qanunu qəbul edilsin. Xüsusilə də musiqili şoularda çıxışlar ərəfəsində. Elə günlər olur ki, idollar/artistlər və onları müşayiət edən işçilər sutkada 1 saat da yatmırlar, axı onlar maşın deyillər. Musiqili şoular özlərini məxluq kimi aparır, onlar səhəri gün çəkilişə başlamaq üçün pərəstişkarları gecədən artisti dəstəkləməyə çağırırlar və soyuq havada çöldə gözləməyə məcbur edirlər. Menecerin yeri cənnət olsun.”

“Tanrım, bu nə vaxt bitəcək?! Оnlar heç dərs almayıblar. Gecə saat 3-də?! Siz dəli olmusuz?!”

TAGS: