//Musiqi şousunda ən qısa vaxtda mükafat qazanan 5 qız qrupu

Musiqi şousunda ən qısa vaxtda mükafat qazanan 5 qız qrupu

Namizəd olduqları ilk musiqi şousunda mükafat qazanan 5 qız qrupu!

5. miss A – 22 gün; 

JYP Entertainment-ın ikonik qrupu Wonder Girls-dən sonra çıxartdığı  ikinci qız qrupu olan  miss A qrupunun çıxışı  K-pop  tarixində ən çox gözlənən çıxışlardan biri idi.  Qrupun əfsanəvi çıxış mahnısı “Bad Girl Good Girl” ilə  rekord qıraraq ən tez mükafat qazanmaqla birlikdə, 2010 Mnet Asya Mükafatlarında  “İlin mahnısı Desanq” mükafatını da qazanmışdı. Və qrup bütün bu uğurları karyeralarının ilk 5 ayında əldə etmişdi. Həmçinin siyahıda ikinci nəsildən olan tək qrupdur.

4. (G)I-DLE – 20 gün;

(G)I-DLE, keçən ilin epik mahnısı  “LATATA” ilə K-POP sənayesində böyük dalğa yaratdı və mahnı 3 həftə sonra mükafat qazandı. “LATATA” mahnısı qrupun lideri Soyon tərəfindən yazılmışdı.

3. BACKPINK – 13 gün;


Fanatlar, BLACKPINK-in çıxışını 5 il gözlədilər (YG Entertainment 2011-ci ildə ikinci qız qrupunu çıxaracağını demişdi) – fanatların gözləməyinə dəydiyini deyə bilərik. Qrup “BOOMBAYAH” və “Whistle” ilə 2016-cı ildə çıxışını etdi. “Whistle” həqiqi zamanlı musiqi çartlarında həftələrlə 1-ci sırada yer aldı və “BOOMBAYAH” ilə də iki həftədən qısa bir vaxtda ilk qalibiyyətini qazanıb, miss A-nın  2010-cü ildən əlində saxladığı rekordunu qırdı.

2. IZ*ONE – 10 gün

Produce 48′-in proyekt qrupu olan, IZ*ONE çıxış etdiklər anda bir neçə rekord qırdı. Ən tez mükafat alma rekordunu qıraqla yanaşı eyni zamanda Stray Kids-in 24 saatda ən çox izlənən debyüt MV-si rekordunu da qırmışdı (Bu rekord daha sonra ITZY tərəfindən qırıldı).

1. ITZY – 9 gün;

Qrup çıxışından 2 həftə sonra, K-pop tarixinə keçdi və 21 fevralda “M Countdown” ilk qalibiyyətlərini “DALLA DALLA ” ilə qazandılar.

Qeyd

WINNER hal-hazırdda ən sürətli mükafat qazanan  K-POP qrupu rekorduna sahibdir (qrup ilk qalibiyyətini 6 gündə qazandı), ITZY isə hələ ki, ən tez mükafat qazanan qız qrupu rekorduna sahibdir.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər