//Musiqi aləminin qorxulu musiqi hekayələri

Musiqi aləminin qorxulu musiqi hekayələri

 

TMI News verlişinin növbəti yayın mövzusu musiqi aləminin qorxulu həyat tarixçələri ilə bağlı olub. Verlişin may ayının 20-də yayımlanan top 5 qorxulu mövzusunu sizə təqdim edirik.

1-ci yerin sahibi  Seo Taiji and Boys qrupudur. Deyilənlərə görə qrup ilk məşhur olduğu dövrlərdə səslənən musiqilərin əksəriyyətində qan dondurucu sözlər eşitmək olur. «Classroom Idea» adlı mahnın sözlərinə diqqət yetirsək həmin tükürpədici sözlərə daha çox rast gələcəyimizin şahidi olarıq. Həmin sözlər “mənə daha çox qan lazımdır” və ya “mən yalnız içimdəki şeytanı dinləyirəm” kimi ifadələrdir.

2-ci yerin sahibi Canq Yun Condur (Jang Yoon-jeon). Ona ən çox məşhurluğu gətirən  «Omona» adlı mahnıda hansısa ruhun səsini eşitmək mümkün olduğu deyilir.

3-cü yerin sahibi IU-dur. Belə ki, müğənini müsahibələrin birində belə deyir  “2011-ci ildə  «You & I»  adlı musiqinin səs yazmalarında iştirak edirdim. Həmin ərəfədə öz prodyuserim ilə  bəzi məslələrdən dolayı aramızda mübahisə yaranmışdı. Ona görə mən səs yazma studiyasını tərk etmişdim. Daha sonra kiminsə məni səslədiyini fərq edib geri qayıtmışdım. Qayıtdıqdan sonra içəridə heç kimin olmadığını görmüşdüm. Daha sonra prodyuserim mənə əslində orada onların ikisindən başqa heç kimin olmadığını və onun onu çağırmadığını qeyd etmişdi“. Beləliklə həmin mahnı qeyri adi qüvvənin vasitəsilə İU-ne geri qaytararq mahnının yazılmasına daha sonra böyük şöhrət qazanmasına səbəb olmuşdur.

4-cü yer Canq Na Radır (Jang Na-ra). Məşhur müğənni, aktrisa Canq Na Ranın sözlərinə görə «Is It True?» adlı mahnıda kənardan “qulaqların ağrıyır, elə deyilmi?” sözlərinin eşidildiyi deyilir. Bu sözlərin ona heç bir aidiyyatı olmadığı qeyd olunur.

5-ci yerdə BTS qrupu «Wings» adlı albomu ilə yer tutur. Belə ki, yuxarıda adı qeyd olunan albomun səs yazmaları vaxtı müğənni Conq Kukun (Jung Kook) sözləri qeyd olunan yazı komputerdən qeri adi şəkildə yoxa çıxır. Daha sonra həmin söz yazısı elə müğənninin öz səsi ilə musiqidə peyda olur. Bu qeyri adi hadisələr insanları həqiqətən qorxudur.