SpoTV News tərəfindən verilən məlumatlarada KBS2 kanalının may ayının 31-də yayımlanması planlaşdırılan Music Bank verlişinin yayımlanması təxirə salınıb. Buna səbəb Macarıstanda baş verən gəmi qəzası nəticəsində sayı məlum olmayan koreyalı turistin ölümü ilə bağlı faciədir. May ayının 29-da Macarısatan saatı ilə axşam saat 21:00 da Dunay çayı ilə hərəkət edən turist gəmisi, kruiz gəmi ilə toqquşaraq batıb. Qəza xilas etmə heyəti tərəfindən ancaq 9 koreyalının həyatını xilas etmək mümkün olub. Amma hal-hazırda itgin düşmüş 19 koreyalıdan heç bir məlumat yoxdur. Qeyd edək ki, gəmidə 33 Koreya vətəndaşı olduğu deyilir. Hava şəraitinin kəskin olmasına baxmayara qəza xilas etmə işləri davam etdirilir. KBS kanalının verdiyi qərara əsasən həlak olanların ruhuna ehtiram və yaxınlarına təsəlli olmaq səbəbi ilə musiqili verlişin yayımlanması dayandırılb. Verlişin iyun ayının 7-də yayımlanması planlaşdırılır. Baş vermiş faciədə yaxınlarını itirmiş bütün koreyalılara baş sağlığı verir, səbir diləyirik.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020