//Mun Çe Von (Moon Chae-won) Conq Con Yonqu (Jung Joon Young) dəstəkləməkdə ittiham olunur

Mun Çe Von (Moon Chae-won) Conq Con Yonqu (Jung Joon Young) dəstəkləməkdə ittiham olunur

Mun Çe Vonnun (Moon Chae-won) agentliyi aktrisanın Instagram səhifəsindəki yazılan şərhlər və bəyənmələr haqqında rəsmi açıqlama verib.

Son vaxtlar Conq Con Yonqla (Jung Joon Young) bağlı qalmaqallı xəbərlərdə adı hallanan məşhurlar siyahısına xanım aktrisa da, daxil olub.

Mart ayının 13-də Mun Çe Vonnun (Moon Chae-won) agentliyi Conq Con Yonqun (Jung Joon Young) rəsmi Instagram səhifəsindəki paylaşılan bəzi xəbərləri aktrisanın bəyənməsi haqqında anlaşılmamazlığa rəsmi açıqlama verib. Açıqlamada deyilir

“ Salam, biz Namoo Actors şəxsən elan etmək istəyirik ki, Mun Çe Vonnun (Moon Chae-won) Insagramdakı rəsmi səhifəsi hücüma məruz qalaraq, oğurlanıb. Orda yazılan şərhlərlə və bəyənmələrlə bağlı açıqlama verəcəyik”

“Bu gün aktrasının şəxsi səhifəsi oğurlanıb. O, özü şəxsən təsdiq edərək deyib “ – Paylaşılanları mən bəyənməmişəm, butün bu yazılanlarla və bəyənmələrlə mənim heç bir əlaqəm yoxdur”.  Biz bundan xəbər tutan kimi dərhal  şifrəni dəyişərək, yenisi ilə əvəzləmişik. Rəsmi olaraq kiber istintaq şöbəsindən bu qanunsuz hərəkətləri edənləri, şəxsi həyata müdaxilə hesab olunan və aktrisaya probelmler yaradanları tapmağı xahiş edəcəyik. Bununala yanaşı, sosial şəbəkələrdə aktrisanın adından yazılan bütün şərhlərin müəllifərinə qarşı ciddi tədbirlər görəcəyik. Aktrisa Mun Çe Von (Moon Chae-won) və Conq Con Yonqun (Jung Joon Young) tanışlıq əlaqəsi əyləncə sektorunun həmkarından başqa bir şey deyil. Onların qarşılıqlı münasibətləri haqqında uydurulan yalanların hamısı əsasızdır. Yalan söz-sohbətləri yayanları mülki və cinayət məsuliyyətinə cəlb edəcəyik. Bundan başqa anonim olaraq yayılan saxta məlumatlara da, qarşı həlledici tədbirlər görəcəyik. Sənətçilərmizin nüfuzuna zərər verən bütün məlumatlara qarşı mübarizəni aktiv şəkildə davam etdirəcəyik. Sizdən xahişimiz buna bənzər hallarla rastaşdıqda bu ünvan vasitəsi ilə pr@namooactors.com bizə xəbər etməyinizdir. Təşəkkür edirik