31 mart 38 yaşlı müğənni Wheesung bir binanın WC-də huşsuz vəziyyətdə tapıldı.
Bu zaman yanında plastik torba, şipris və şüşə qabda mayə var idi. Polis, bu mayenin Propofol kateqoriyasına daxil olan Etomidat olduğunu açıqladı. Propofol narkotik olaraq sinifləndirilsə də, etomidat tibdə dərman olaraq istifadə olunur. Buna görə də, istifadə edənlərlə bağlı qanuni cəza yoxdur. Sənətçinin bir binanın qarşısında etomidat almaq üçün bir adamla görüşdüyü və bundan 30 dəqiqə sonra huşsuz vəziyyətdə binanın WC-də tapıldığı açıqlandı. Wheesung bu adamla internet üzərindən tanışdığını söylədi. Bu hadisədən iki gün sonra, 2 aprel Wheesung Seulda yerləşən otelin 1-ci mərtəbəsindəki WC-də huşsuz vəziyyətdə və yanında şipris və şüşə qap ilə tapıldı. 3 aprel dərmanı satan adam həbs olundu.Bugün Wheesung-un şirkəti sənətçinin çətin anlar yaşadığını və psixoloji müalicə aldığını açıqladı.
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020
- Təqvimlərinizi qeyd edin: VIXX üzvü Hyuk yeni musiqi ilə qayıdır! - 13 Dekabr 2020