Müğənni və söz yazarı Li Vo çıxışını, Gugudan qrupundan Hebin ilə duyğusal bir mahnıda duet edərək həyata keçirdi.
Li Vo, 3 martda ilk dəfə ‘Eternity’ adlı albom çıxardı. Albom müğənninin həm yazdığı, həm də bəstələdiyi, özünə aid olan 5 mahnıdan ibarətdir.
Başlıq mahnısı ‘Today of the Past’ iki insanın ayrıldıqdan sonra yaşadıqları duyğuları ifadə edən bir balladdır. Mahnı birlikdə keçirdikləri o zamankı gözəl günlərin adi günə dönüşməsindən, münasibətlər bitdikdən sonra xüsusi bir vəziyyətin ortaya çıxmamasından, həm kişi, həm də qadın baxımından o günlər və bir-birləri üçün darıxdıqlarından bəhs edir.
Li Vo, Gugudan-dan Hebin ilə ilk dəfə çalışır və bu duyğusal mahnı ortaya çıxır.
Videonu aşağıdan izləyə bilərsiniz!
Latest posts by Elmira Muxtarova (see all)