//Müğənni Car, the Gardenin, MOMOLAND qrupu ilə birgə işləmək arzusuna, qızlar razılıq cavabını verdi

Müğənni Car, the Gardenin, MOMOLAND qrupu ilə birgə işləmək arzusuna, qızlar razılıq cavabını verdi

 

May ayının 4-də MBC kanlının “The Manager” adlı verlişində R&B, janrında oxuyan müğənni Car, the Garden MOMOLAND qrupunun, onun ən sevdiyi qrup olduğunu və nə vaxtsa onlarla birgə işləmək arzusundan söhbət açıb. Növbəti gün qrupun agentliyi “MLD Entertainment” şəxsi Twitter səhfəsində müğəninin bu istəyinə razılıq cavabını yazaraq xəbər paylaşıb. Paylaşılan xəbərdə belə yazılıb “MOMOLAND qrupunun dəstəklədiyiniz üçünü sizə təşəkkür edirik!. Car, the Garden biz verlişin həmin səhnəsini izləyəndə çox təəcübləndik. Çünki, biz də sənin pərəstişkarınıq. Çox yaxşı olardı ki, bu fürsəti dəyərləndirib, birlikdə işləsək. Sadəcə bizə vaxtı deyin, biz həmişə hazırıq”.