//“Mother of Mine” serialının yeni bir fraqmenti yayımlandı

“Mother of Mine” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Kim He Suk, Kim So Yon, Honq Conq Hyon, Yu Son, Kim Ha Kyonq və Ki Te Yonqun rol aldığı “Mother of Mine” serialının ikinci fraqmenti yayımlandı.

Serial, ana-qız əlaqəsində sevgi və nifrətdən bəhs edir. Park Son Ca üç qız anasıdır. Kiçik bir şorba restoranı işlədir. Üç qızını da təkbaşına özü böyütmüş, onların həm anası, həm də atası olmuşdur.

Kim So Yon, Yu Son və Kim Ha Kyonq serialda Park Son Canın qızlarını canlandırır.

Serialın rejissor kreslosunda “Miss Mamma Mia” və “The Thorn Birds” seriallarının rejissoru Kim Conq Çanq oturur. Serialın ssenaristliyini “My Heart Twinkle Twinkle” və “Father, Ill Take Car-a of You” seriallarını qələmə alan Co Conq Sonn edir.

Serialın ilk bölümü 23 martda yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan