//“Money” filminin yeni bir fraqmenti yayımlandı

“Money” filminin yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Ryu Con Yol, Yu Ci Te və Co Vu Cinin rol aldığı “Money” filminin fraqmenti yayımlandı.

Film, zəngin olma xəyalları quran bir birja işçisinin ətrafında baş verir. Bir gün, Bonhopyo kimi tanınan bir birja fırıldaqçsısı ilə tanış olur. Bonhopyo ondan birja məsələsində kömək etməsini istəyir. Bonhopyoya yardım edərək istədiyi zənginliyi əldə etməyə başlayır. Ancaq uzun zamandır, Bonhopyonun izində olan Maliyyə Nəzarət Xidmətindən Han Ci Çol, ondan şübhələnməyə başlayır.

Həmçinin filmin köməkçi aktyor heyətində Von Cin, Conq Man Şik və Kim Ce Yonq rol alır.

Filmin rejisorluğunu və və ssenaristliyini “Man In Love” və “The Berlin File” filmlərinin assistent rejissoru Park Nu Ri edir.

Filmin martın 20-si, Cənubi Koreyada nümayiş olunması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan