//MOMOLAND-dan Yonu(Yeonwoo), Kim So Hyon(Kim So Hyun) və Canq Donq Yun(Jang Dong Yoon) birlikdə yeni serialda rol alacaqlar

MOMOLAND-dan Yonu(Yeonwoo), Kim So Hyon(Kim So Hyun) və Canq Donq Yun(Jang Dong Yoon) birlikdə yeni serialda rol alacaqlar

MOMOLAND-dan Yonu (Yeonwoo) ilk dəfə aktrisa kimi debüt edəcək.

Yonunun KBS-nin yeni serialı “Mung Bean Chronicle”-in aktyor heyətində olacağı açıqlanıb.

Serial eyni adlı vebtun(webtoon) əsasında çəkilib.

”Mung Bean Chronicle”, gizli şəkildə qadın cəmiyyətinə girmək üçün qadın obrazına bürünən Con Nok Du (Canq Donq Yun) ilə Donq Donq Cu (Kim So Hyon)arasındakı romantik münasibətdən bəhs edəcək. Qisenq(ginsaeng) evində baş tutan serialda Canq Donq Yun ilk kişi qisenq obrazını canlandırır.

Yonu serialda səsi və rəqsi ilə ən istedadlı qisenq obrazını oynayacaq. O, Donq Donq Cunun ən yaxın dostu Me Hva Su rolunu canlandıracaq.

Serialın rejissoru “My Way Fight, “The Merchant: Gaekju 2015” kimi serialları idarə edən Kim Donq Hvidir. Ssenari müəllifi isə “If We Were A Season”, “Moonlight Drawn By Clouds” və “Who Are You:School 2015” seriallarını yazan İm He Cindir.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova