//Momoland-dən Nensi Koreyalı adının artıq Sınqri olmadığını bildirdi

Momoland-dən Nensi Koreyalı adının artıq Sınqri olmadığını bildirdi

Nensinin (Nancy) Koreyalı adı artıq Sınqri (Seungri) deyil.

Mayın 9-u Momoland Mnet-in ‘TMI News‘ verilişində iştirak etdi. Aparıcı Cun Hyon Mu (Jun Hyun Moo) Nensidən soruşdu ki, “Özün haqqında hər hansısa məlumat verə bilərsən?” 

Buna cavab olaraq Nensi adını dəyişməsilə bağlı yayılan şayiələrə ünvanlanaraq dedi: “Mən 1 il öncə Koreyalı adımı İ Qıru-ya dəyişdim. Onun mənasının ağac olduğunu eşitdim. Beləliklə, mən böyük ağac kimi böyümək qərarına gəldim.”


Dəyişiklikdən əvvəl Nensinin Koreyalı adı İ Sınqri idi.