Deyilənlərə görə Mnet “Kingdom” proqramına qatılmaq istəyən oğlan qrupları tapmaqda çətinlik çəkir.
Bu yaxınlarda MAMA-da birlikdə çıxış etdikdən sonra STRAY KIDS, The Boyz və ATEEZ-in yarışmaya qatılacağı məlum oldu, lakin qalan iştirakçılar hələ tam deyil. Mnet çaylak qruplarının əvəzinə yalnız güzclü fan bazası olan oğlan qrupları istəyir. Bu oğlan qrupları və şirkətləri bir neçə səbəbdən yarışmaya qatılmaq istəmirlər. Birinci səbəb, Mnet-in Produce X 101 proqramındakı saxtakarlıq qalmaqalından dolayı pis ad qazanması, ikincisi isə verilişin formatıdır. Şirkətlərin səhnə xərclərini özləri ödəməli olduqları, çox qısa müddətdə bədii keyfiyyətli səhnə yaratmaları lazım olduğu və bunun sənətçilər üçün ağır olduğu deyilir. Üçüncü və son səbəb şounun əsasən qrupları bir-birinə qarşı qoyması və dramatik vəziyyətlər yaratmasıdır. Bir çox idol qrupuna sahib olan və böyük bir şirkətin nümayəndəsi olan “C”, “Dəvət deyil, təhdid səviyyəsindədirlər.” dedi. Digər nümayəndələr “Manipulyasiya olunmuş şouya sahib olduqları üçün vicdan əzabı çəkirlərmiş kimi davranırlar, amma həmişəki kimi güclərindən şirkətlərə sataşmaq üçün istifadə edirlər.”dedi.
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020
- Təqvimlərinizi qeyd edin: VIXX üzvü Hyuk yeni musiqi ilə qayıdır! - 13 Dekabr 2020