//Minho yeni filminin çəkilişləri zamanı yaralanıb

Minho yeni filminin çəkilişləri zamanı yaralanıb

“SHINee” qrupundan Minho`nun “Jangsa-ri 9.15” adlı filmin çəkiliş meydançasında yaralandığı açıqlanıb.

SM Entertainment məsələ ilə bağlı bu bəyanatı verdi: “Dünən Minho Youngdeok`da çəkilən”Jangsa-ri 9.15″ filminin çəkilişləri zamanı yaralanıb. Xüsusi effekt pərvanə alətindən gələn hissəciklət Minhonun üzünün sol tərəfinə dəyib və üzündə cızıqlar yaranıb. Dərhal təcili yardıma aparılıb və yarası ayaqda müalicə edilib. Ona göz qulaq olacağıq”.

“Onsuz da filmin çəkilişlərinə üç dörd gün ara verilməsi planlaşdırılırdı. Çünki film meydançasının yerini dəyişəcəklər və bu daşınma prosesi üçün zamana ehtiyacları var. Beləliklə, Minho filmin çəkilişlərinə qayıtmadan əvvəl dincələ biləcək”.

“Jangsa-ri 9.15”, 772 hərbi tələbənin, Incheon Müharibəsində, uğura çata bilmək üçün həyatlarını riskə atmasından bəhs edir. Film, Jangsa Müharibəsi zamanı baş vermiş real hadisələrdən uyğunlaşdırılmışdır və filmin kassa rekordu qırması gözlənilir.

Filmdə Minho ilə yanaşı Kim Myung-Min, Meğan Fox, Kwak Si-Yang və Kim Sung-Cheol yer alır. Filmin çəkilişlərinə 13 Oktyabrda başlanıb və filmin 2019-ci ildə ekranlarda yayımlanması planlaşdırılır.

Ümid edirik ki, ən qısa zamanda Minho tamamilə sağalar.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)