//Minho “ELLE” jurnalının may buraxılışının foto çəkilişlərində iştirak ederək, müsahibə verdi

Minho “ELLE” jurnalının may buraxılışının foto çəkilişlərində iştirak ederək, müsahibə verdi

 

SHINee qrupunun üzvü Minho aprel ayının 15-də hərbi xidmətə getməzdən az əvvəl “ELLE” jurnalını may buraxılışı üçün foto çəkilişlərdə iştirak edib. Foto çəkilişlər zamanı jurnala müsahibə verən müğənni özünün 20 yaşından söhbət açaraq belə deyib “İş həyatına həmyaşıdlarımdan fərqli olaraq daha erkən yaşlardan başladığıma görə bu yaşımda bir çox insanlarla rastlaşmışam və müxtəlif münasibətlər qura bilmişəm.Həyatımın bu hissəsi sayəsində mən bir çox şeyi öyrənə bilmişəm”. Minho hərbi xidməti haqqında nə düşündüyünü bu sözlərlə ifadə edib “Adət etdiyim işdən başqa bir işlə məşğul olmaq, dayanmadan çalışmaq mənə nələrisə öyrədəcəyinə əminəm. Hərbi xidmətdə öyrənəcəklərim məni yaxşı tərəfə dəyişəcəyini və müdrikləşdirəcəyini bilirəm. Düşünürəm ki, hərbi xidmət borcunun lazımi şəkildə icra olunması cəmiyyət üçün insanların səmimiyyətinin ən yaxşı göstəricisidir.”

 

Minho hərbi xidmətə getməzdən əvvəl qısa metrajlı film hesab olunan “The Battle of Jangsari” filmində amerikalı aktrisa Megan Fox və Kim Myonq Min (Kim Myeong Min) ilə birgə rol aldığı filmin çəkilişlərindən bəhs edib. Film 15 sentyabr 1950-ci illərdən, Jangsari döyüşündən bəhs edən tarixi filmdir. Minho filmin süjet xəttinin real hadislər əsasında çəkilməsi, onun diqqətini özünə çəkən ən əsas amil olduğunu qeyd edib. O belə deyib “Mən çox istərdim ki, insnalara filmin əsas enerjisini ötürməyi bacarım. Filmin çəkilişlərində film kimi deyil, əsil döyüş kimi iştirak edirdim”. Qeyd edək adı keçən filmin bu ilin sonuna kimi ekranalar verilməsi planlaşdırılır.