//Mina AOA və FNC Entertainment-i tərk edir

Mina AOA və FNC Entertainment-i tərk edir

FNC Entertainment Mianın artıq AOA-in bir hissəsi olmadığını elan etdi.

Mayın 13-ü AOA-in şirkəti olan FNC Entertainment qrupun fan-kafesində rəsmi elan yerləşdirib. Оnlar bildirib:

«Bu FNC Entertainment-dir.

Şirkətimiz bu yaxınlarda AOA-in 5 üzvü ilə müqaviləni yenilədi: Cimin, Yuna, Heçon, Solhyon və Çanmi. AOA-in 5 üzvü öz müqavilələrini uzatmağa və pərəstişkarlara olan sevgisinə görə qrupu dəstəkləməyə razı oldular.

Bizim şirkət AOA ilə qarşılıqlı etibar əsasında əməkdaşlıq edir və biz öz müqaviləsini yeniləyən 5 üzvü aktiv irəliləmələri üçün bütövlüklə dəstəkləməyi planlaşdırırıq.

7 il bizlə olan Mina şirkətlə əsaslı müzakirələrdən sonra arzularının dalınca getmək üçün bizdən ayrılmaq qərarı verdi. Onun seçiminə hörmət etdiyimiz üçün onun müqaviləsini pozmaq və qrupu tərk etməsi qərarına gəldik. Sizdən Minanın bu çətin qərarını dəstəkləməyinizi xahiş edirik.

Şirkətimiz AOA-in 5 üzvünü onların daima musiqi yaratmaq və pərəstişkarları ilə görüşə biləməsinə zəmanət vermək üçün dəstəkləməyi planlaşdırır. Biz, həmçinin hər üzvün potensialını ortaya çıxararaq onların individual irəliləməsinə də kömək edəcəyik.

Təşəkkürlər».

Nəticədə 2012-ci ildə 8 üzvlə debüt edən АОА 5 üzvdən ibarət qrup olacaq – 2016-cı ildə Yukyonun və 2017-ci ildə Çoanın gedişindən sonra. Habelə, bugün gecikərək aydınlaşdı ki, Çoanın FNC Entertainment ilə müqaviləsi sona çatıb və o, şirkəti tərk edib.