//Min Do He, yeni bir serialda rol oynayacaq

Min Do He, yeni bir serialda rol oynayacaq

Min Do He (Min Do-Hee), “Jo Mi-Ryo” (“Seasoning”) adlı yeni bir serialda qadın baş rol obrazı canlandıracaq.

7 mayda, Min Do Henin agentliyi, “Management KOO”, aktrisanın sözü gedən serialda qadın baş rol xarakterini canlandıracağını təsdiqlədi.

Serial, şəhər həyatından qaçan və “Alpın” adlı bir yerdə yaşayan Mi Ryonun hekayəsindən bəhs edəcək. Mi-Ryo burada, “Mi-Ryos Kitchen” adlı bir restoran açır.

Min Do Hee serialda Mi-Ryo obrazını canlandıracaq.

Serialın ilk bölümü bu ilin sentyabr ayında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan