//Millət vəkili beynəlxalq yaşa keçməklə bağlı hökümətə yeni qanun təklif edir

Millət vəkili beynəlxalq yaşa keçməklə bağlı hökümətə yeni qanun təklif edir

Millət vəkili Cənubi Koreyalıların beynəlxalq yaşdan istifadə etməsi ilə bağlı hökümətə yeni qanun təklif edib

Bu həftə “The Guardian” tərəfindən yayımlanan bir məqalədə Cənubi Koreyalı millət vəkili hökümətə Cənubi Koreya və dünyanın başqa ölkələrindəki yaş fərqinin aradan qaldırılması ilə bağlı yeni qanunun qüvvəyə minməsini təklif edib.

Bir çox Koreyaseverlərin də bildiyi kimi Cənubi Koreyada başqa ölkələrdən fərqli olaraq “Koreya yaşı” istifadə olunur. Cənubi Koreyalılara görə körpələr doğulan andan 1 yaşında hesab olunur. Məsələn, Red Velvetdən Yeri 1999-cu il təvəllüdlü olmasına baxmayaraq koreya yaşına görə 21 yaşındadır. Beynəlxalq yaşa görə isə o, 20 yaşındadır.

Cənubi Koreya dünya üzərində bu cür yaş sistemindən istifadə edən yeganə ölkədir. Şimali Koreya belə 1985-ci ildən etibarən beynəlxalq yaş sisteminə keçmişdir.

Millət vəkili hökümətə təqdim etdiyi ərizədə aşağıdakı səbəblərə görə yaş sisteminin dəyişdirilməsi lazım olduğunu bildirib.

  • Ən böyük problem qanuni yaş və gündəlik həyatda istifadə olunan yaşın fərqli olmasıdır. Məhkəmələrdə, xəstəxanalarda və dövlət idarələrində beynəlxalq yaşdan istifadə olunmasına baxmayaraq , insanlar gündəlik həyatlarında Koreya yaşından istifadə edirlər. Fərqli hesablama yöntəmləri çoxlu sayıda qarışıqlığa və narahatcılığa səbəb olur.
  • Xalq arasında insanların “Koreyada olmaq məni daha da qocaldır” kimi ifadələri deməsi və bununla şikayətlənməsi xoş deyil.
  • İnsanlar Koreyada tütün və alkoqolun alış və satışı ilə bağlı şikayət edirlər. Beynəlxalq yaşda yanvar ayından etibarən 19 yaşında olan hər kəs tütün və alkoqolu ala bilər. Lakin, Koreyada bu göstərici fərqlidir.
  • Valideynlər beynəlxalq yaşdan istifadə edilməsinin uşaqların beyin inkişafı da daxil olmaqla fiziki inkişafları üçün daha uyğun olduğunu fikirləşir.

Həmçinin koreya yaşının daha yaxşı olduğunu düşünən və milli mentalitetə dəyər verən insanlarda var. Onlar beynəlxalq yaşdan istifadə etmənin körpələrin ana bətnində keçirtdikləri müddətin sayılmamasının insan ömründən xərcləndiyini düşünür.

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova